Yevlaxda balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb
Bakı, 9 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları balıq və digər su bioresurslarının mühafizəsi məqsədilə növbəti reyd keçiriblər.
Departamentdən AZƏRTAC-a bildirilib ki, Mingəçevir su anbarının Yevlax rayonu ərazisindəki sahəsində keçirilən reyd zamanı qanunsuz balıq ovu edən şəxs saxlanılıb. Qanun pozucusu Yevlax rayon sakini Şəhriyar Hüseynovdan 13 sıf balığı, bir sintetik saplı tor götürülüb. Ş.Hüseynov barəsində balıq ehtiyatlarına vurulan ziyana görə 429 manat məbləğində iddia qaldırılıb.
Faktla bağlı qanun pozucusu barəsində cərimə qərarının çıxarılması və qanunauyğun tədbir görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]