CƏMİYYƏT
Yevlaxda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar
Bakı, 29 iyul, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Azər Əhmədov Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun şəhər ərazisindəki mənzilinə baxış keçirilən zaman satış məqsədilə əldə etdiyi 24 qrama yaxın metamfetamin, 66 ədəd tramadol və 14 ədəd preqabalin həbi aşkarlanaraq götürülüb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.