Yevlaxda qanunsuz saxlanılan silahlar polisə təhvil verilib
Yevlax, 5 dekabr, AZƏRTAC
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbirlərlə qanunsuz saxlanılan silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, qeyd edilən tədbirlər zamanı polis əməkdaşları tərəfindən daha 3 müxtəlif kalibrli ov silahı təhvil götürülüb.
Bundan başqa, keçirilən digər tədbirlərlə sanitariya və gigiyena qaydasının pozulması, tullantıların urnalardan kənara atılması halları da aşkarlanıb. Ərazinin zibillənməsi halı ilə bağlı 3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə) maddəsinə əsasən protokollar tərtib olunub.