Yevlaxda qazilərə, şəhid və aztəminatlı ailələrə qurban payları paylanıb
Yevlax, 20 iyul, AZƏRTAC
Müsəlman dünyasının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı respublikanın hər yerində olduğu kimi, Yevlax rayonunda da xoş əhval-ruhiyyə ilə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlıqlar kəsilib. Ümumilikdə 3 ton qurban əti 1500 ailəyə - Birinci və İkinci Qarabağ müharibəsi qazilərinə, şəhid və aztəminatlı ailələrə paylanıb. Bayram payı alan ailələr bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:06]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:00]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]