REGİONLAR
Yevlaxda yol qəzası nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilib
Bakı, 10 dekabr, AZƏRTAC
Yevlaxda yol qəzası nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalan bir nəfər xilas edilib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, "112" qaynar telefon xəttinə Yevlax şəhərinin Tanrıqulular kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aran Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb edilib.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Hyundai” və “Opel” markalı iki minik avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən birgə xilasetmə tədbirləri nəticəsində 1 nəfər müxtəlif xəsarətlərlə avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.