Yevlaxlı şagird İsraildə keçirilən beynəlxalq müsabiqədə üçüncü yerə layiq görülüb
Yevlax, 28 iyul, AZƏRTAC
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Hədiyyə Mirzəyeva İsrailin Qüds (Yerusəlim) şəhərində keçirilən “Holy Land” Beynəlxalq Digi-Art festival-müsabiqəsində iştirak edib.
Regional İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “İnstrumental ifaçılıq” nominasiyasında onlayn müsabiqəyə qatılan Hədiyyə Mirzəyeva münsiflər heyətinin qərarı ilə 3-cü yerə layiq görülüb və diplomla təltif olunub. Yevlax şəhər 2 nömrəli uşaq musiqi məktəbinin direktoru Allahverdi Cəbrayılov və gənc istedadın müəllimi Nərgiz Həsənovaya yüksək pedaqoji ustalığa, milli mədəniyyətin inkişafında töhfələrinə, dünya mədəniyyəti irsini təbliğ etməyə imkan verən peşəkar bacarıqlarına görə təşəkkürnamə ilə mükafatlandırılıblar.