YEVLAXLILAR SATQINLARIN ÇİRKİN ƏMƏLLƏRİNİ PİSLƏYİRLƏR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun idarə və müəssisələrində, təhsil, səhiyyə, mədəni-maarif ocaqlarında keçirilən etiraz yığıncaqlarında satqınların əməlləri qətiyyətlə pislənilir, Azərbaycana düşmən mövqedə dayanan, dövlətimizə qarşı təxribat-pozuculuq fəaliyyəti aparan xəyanətkarların ciddi cəzalandırılması tələb olunur.
Bildirilir ki, bu harınlamış dönüklər, satqınlar xalqımızı ümummilli lider Heydər Əliyevin doğma Azərbaycanımızı xoşbəxt həyata qovuşduracaq siyasi xəttindən sarpdırmaq, parlament seçkiləri ərəfəsində təxribatlar, qarşıdurmalar yaratmaq yolu tutmuşlar. Azərbaycan Prezidenti, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin kadr dəyişikliyi ilə bağlı verdiyi sərəncamlar yevlaxlıların ürəyincədir. Onlar daim xalqa arxalanan Prezidenti bundan sonra da dəstəkləyəcəklər.
Yığıncaqlarda dövlətimizin başçısı İlham Əliyevə müraciətlər qəbul edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]