YEYİNTİ MƏHSULLARI İSTEHSAL EDƏN 137 MÜƏSSİSƏNİN SAHİBİ CƏRİMƏLƏNMİŞDİR
Səhiyyə Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, respublikanın sanitar-epidemioloji xidmət orqanları tərəfindən cari ilin avqustunda yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması ilə məşğul olan müəssisələrdə yoxlamalar keçirilmişdir.
Yeyinti məhsulları nümunələri orqanoleptik, fiziki-kimyəvi, toksikoloji və radioloji göstəricilərinə görə laboratoriya müayinələrinə cəlb olunmuşdur. Şadlıq evləri və restoranlardan götürülmüş nümunələrdə mikrobioloji çirklənmə aşkarlanmışdır.
Yoxlamalar zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 137 müəssisənin sahibi inzibati qaydada cərimələnmişdir.
Eyni zamanda, 42 obyektin istsmarının dayandırılması barədə qərar qəbul edilmiş, 50 nəfər işdən müvəqqəti kənarlaşdırılmışdır.
Xatırladaq ki, ötən ay əhali arasında 118 qida zəhərlənməsi və infeksiyası hadisəsi baş vermiş, 287 nəfər zərər çəkmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]