YEYİNTİ, METALLURGİYA VƏ KİMYA SAHƏLƏRİNİN İNKİŞAFINA DAİR SEMİNAR KEÇİRİLƏCƏKDİR
Sorğu nəticəsində ortaya çıxan problemlərin və irəli sürülən təkliflərin müzakirə edilməsi məqsədi ilə təşkilatın nümayəndələrinin iştirakı ilə bu sahələrin iş adamları üçün oktyabrın 16-17-də Bakı Biznes Mərkəzində seminar keçiriləcəkdir. Seminarda Xarici İşlər, İqtisadi İnkişaf, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin, habelə beynəlxalq təşkilatların və biznes qurumlarının nümayəndələri də iştirak edəcəklər. Müvafiq sualları cavablandırmaq üçün ABŞ-ın DTT yanında səfirinin tədbirə qatılacağı nəzərdə tutulmuşdur.
Tədbirdə sənayenin inkişafında ortaya çıxan çətinliklər müzakirə ediləcək, müxtəlif işçi qrupları üzrə təlimlər keçiriləcək, standartlaşdırma, sertifikatlaşdırma və malların keyfiyyətinin təmin olunması sistemlərinə diqqət yetiriləcəkdir.
Seminarın yekunlarına dair təkliflər hazırlanacaq və gələcək texniki yardım sahələri müəyyənləşdiriləcəkdir.