Yoşihide Suqa: Yaponiyada peyvəndləmə gələn həftənin ortalarında başlayacaq
Tokio, 10 fevral, AZƏRTAC
Yaponiya hökuməti koronavirus pandemiyasına qarşı ölkə vətəndaşlarının peyvəndlənməsinə gələn həftənin ortalarında başlamaq barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.
Baş nazirin sözlərini sitat gətirən “Yomiuri shimbun” qəzeti yazıb: “Peyvəndləməyə gələn həftənin ortalarında başlanacaq”.
Qeyd edilir ki, Yaponiyada peyvəndləmə bir neçə mərhələdə keçiriləcək. İlk növbədə, sayı təqribən 4 milyona çatan səhiyyə və sosial işçilərin peyvəndlənməsi nəzərdə tutulur. İkinci mərhələdə sayı 36 milyona çatan 65 yaşdan yuxarı sakinlərə peyvənd vurulacaq. Bundan sonra sayı 8 milyondan çox olan xroniki xəstələrə peyvəndin vurulması planlaşdırılır. Ölkənin digər kateqoriyadan olan sakinlərinə peyvəndin vurulmasına isə mayda başlanılacaq.
Bildirək ki, Yaponiya ötən il ABŞ-ın “Pfizer”, Britaniya-İsveç birgə müəssisəsi olan “AstraZeneca” və ABŞ-ın “Moderna” biotexnoloji şirkətləri ilə peyvəndin alınması barədə müqavilələr imzalayıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]