Yüksək Liqa: “Azərreyl” və “Murov Az Terminal” komandaları qələbə qazanıblar
Bakı, 5 dekabr, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan çempionatında IV turun iki oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində ilk olaraq meydana “Milli Aviasiya Akademiyası” və “Azərreyl” komandaları çıxıblar. Maraqlı mübarizədə keçən görüş “Azərreyl”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca “Murov Az Terminal” - UNEC qarşılaşması start götürüb. Bu matçda isə “Murov Az Terminal” “quru hesab"la qalib gəlib.
Qeyd edək, “Abşeron”, “Azərreyl” və “Murov Az Terminal” hərəyə 9 xalla turnir cədvəlində ilk üç yeri bölüşür. Aktivində 3 xalı olan “Gəncə” və “Milli Aviasiya Akademiyası” 4-cü və 5-ci pillədə qərarlaşıblar. Xalı olmayan UNEC isə sonuncu yerdədir.
Yüksək Liqa (qadınlar)
IV tur
“Milli Aviasiya Akademiyası” - “Azərreyl” 0:3 (23:25, 22:25, 17:25)
“Murov Az Terminal” - UNEC 3:0 (25:8, 25:8, 25:10)
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]