Yüksək Liqanın 2016/2017-ci il mövsümünün qalibləri mükafatlandırılıb
Bakı, 3 iyun, AZƏRTAC
AFFA-nın inzibati binasında futbol üzrə qızlar liqalarında fəaliyyət göstərən məşqçilərin iştirakı ilə iclas keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ilin yekunları ilə bağlı fikir mübadiləsi aparılıb, yeni mövsümlə bağlı təkliflər səsləndirilib, dəyişikliklər haqda məlumat verilib.
Daha sonra Yüksək Liqanın 2016/2017-ci il mövsümündə medal qazanan komandaların mükafatlandırma mərasimi keçirilib. “Qəbələ”, “Fidan” və “Sumqayıt” komandalarına müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim edilib.
Liqanın ən yaxşı oyunçusu Vüsalə Seyfəddinova (“Sumqayıt”), ən yaxşı məşqçisi isə Dilarə Əhmədova (“Qəbələ”) seçilib. Mövsüm ərzində 21 qol vuran Süsən Mənsimzadə (“Fidan”) isə liqanın ən sərrast futbolçusu olub.
Mükafatları İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, baş katibin müavini Sərxan Hacıyev və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:59]
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib
- 30.09.2026 [17:29]
Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar
- 30.09.2026 [17:23]
Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək
- 30.09.2026 [17:00]
Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]