YUNAN-ROMA VƏ SƏRBƏST GÜLƏŞ ÜZRƏ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLİR
Açiliş mərasimində Gənclər və İdman Nazirliyi idman şöbəsinin rəisi Mirkamil Rəhimov, Milli Olimpiya Komitəsinin vitse- prezidenti Xəzər İsayev və başqaları çıxış edərək son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da böyük irəliləyişin baş verdiyini, ölkəmizdə bir çox beynəlxalq yarışların yüksək səviyyədə keçirildiyini bildirmişlər. Prezident İlham Əliyevin göstərişi ilə respublikamızın bir çox bölgələrində olimpiya-idman komplekslərinin tikilməsini diqqətə çatdıran natiqlər, bu istiqamətdə işlərin 2008-ci ildə də davam etdiriləcəyini vurğulamışlar.
Turnirin ilk günündə döşək üzərinə yunan- Roma güləşçiləri çıxmışlar. Güləşin bu növü üzrə 170- dən çox idmançı qüvvəsini sınayacaqdır.
Sərbəst güləşçilərimiz isə mübarizəyə yanvarın 7- də qoşulacaqlar.
Yarışları yaxından izləmək və hakimlərimizin hazırlıq səviyyəsini öyrənmək məqsədilə Bakıya Türkiyə, Rusiya, Gürcüstan, İran və digər ölkələrdən beynəlxalq dərəcəli hakimlər gəlmişlər.
Güləş üzrə ölkə çempionatı yanvarın 8- də yekunlaşacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]