YUNANISTAN MƏKTƏBLƏRİNDƏ QUŞ QRİPİ İLƏ MÜBARİZƏ MÖVZUSUNDA DƏRSLƏR KEÇİLƏCƏK
Şagirdlərə xəstəliyin meydana gəlməsi və yayılması tarixi, habelə lazımi ehtiyatlılıq tədbirləri barədə məlumat veriləcəkdir.
Bu günlərdə ölkənin şimalında üç qu quşundan götürülmüş qan nümunələrinin analizi onlarda quş qripi olduğunu təsdiqləmişdir. Analizin nəticələri əlavə tədqiqat üçün Böyük Britaniyaya göndərilmişdir.
Yunanıstanın əlaqədar orqanları yüksək ehtiyatlılıq tədbirləri görürlər. Hər həftə bütün vilayətlərdə monitorinq aparılır, ev quşlarında və yabanı quşlarda bu xəstəliyin olub-olmadığını müəyyən etmək üçün onlardan qan nümunələri götürülür.
Hökumətin sərəncamını pozaraq, ev quşlarını içəridə saxlamayıb, bayıra buraxan fermerlər cərimə olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]