YUNANISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB KONSTANTİNOS STEFANOPULOSA
Yunanıstanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Yunanıstan xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 10 mart 2004-cü il.