Yunanıstan sahillərində mühacirləri daşıyan qayığın batması nəticəsində 32 nəfər ölüb
Bakı, 14 iyun, AZƏRTAC
Yunanıstanın Peloponnes yarımadasında yerləşən Pilos şəhəri sahillərində qeyri-leqal mühacirləri daşıyan balıqçı qayığı batıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, beynəlxalq sularda baş verən qəza nəticəsində azı 32 nəfər ölüb, 100-dən çox insan isə xilas edilib. Xilas edilən insanlar Kalamata limanına aparılıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.
Mühacirləri Liviyadan İtaliyaya aparan qayıqda qəza zamanı neçə nəfərin olduğu dəqiq bilinmir. Bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.
Bu gün səhər saatlarında Krit adası sahillərində də 80 mühacirin xilas edildiyi barədə məlumatlar yayılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]
Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər
- 30.09.2026 [16:52]
Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]