Yunanıstanlı yanğınsöndürənlər Attikada yanğını dayandıra bilmirlər
Bakı, 12 avqust, AZƏRTAC
Yunanıstan yanğınsöndürənləri paytaxt Afina yaxınlığındakı tarixi Attika bölgəsinin Varnava ərazisində dünən başlayan yanğının qarşısını almaqda çətinlik çəkirlər.
AZƏRTAC xəbər verir ki, Yunanıstan yanğınsöndürmə xidmətinin məlumatına görə, bu gün səhər tezdən bölgədəki yeddi yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi elan edilib.
Varnavada yanğın təxminən saat 15.00-da başlayıb və sürəti saatda 90 kilometrə çatan güclü külək səbəbindən geniş əraziyə yayılıb. Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis yanğınlarla bağlı yaranmış kritik vəziyyətə görə məzuniyyətini yarımçıq qoyaraq bazar günü axşam Afinaya qayıdıb.
Mülki müdafiə qüvvələrinin bütün gecə boyu alovla mübarizə aparmasına baxmayaraq, yanğının sürətlə yayıldığı və hazırda Afinanın şimal ətrafındakı Penteli dağına keçdiyi bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]