“YUNAYTED KREDİT BANK”IN CƏLB ETDİYİ ƏMANƏTLƏRİN MƏBLƏĞİ 52 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Yunayted Kredit Bank”ın fiziki şəxslərdən qəbul etdiyi əmanətlərin məbləği ilin əvvəli ilə müqayisədə 52,4 faiz artmış, sentyabrın 1-nə 5,44 milyon manat təşkil etmişdir.
Bankın depozit portfelinin ümumi məbləği 7,21 milyon manat, müddətli depozitlər 6,35 milyon manat, kreditlər isə 22,88 milyon manat təşkil etmişdir.
Məcmu kapital son bir ildə 24,1 faiz artaraq, hesabat dövrünün sonuna 13,56 milyon manat, nizamnamə kapitalı isə 12,108 milyon manat olmuşdur.