“YUNAYTED KREDİT BANK”IN FİLİALI YENİ BİNAYA KÖÇMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, “Yunayted Kredit Bank”ın Sumqayıt filialı şəhərin 5-ci mikrorayonunda, N.Nərimanov küçəsində yeni binaya köçmüşdür.
Filial hüquqi və fiziki şəxslərə geniş çeşiddə maliyyə xidmətləri - hesablaşma-kassa, depozitlərin qəbulu, biznes və istehlak kreditlərinin verilməsi, plastik kartlar üzrə məsləhət göstərir.