YUNİFEM-İN İCRAÇI DİREKTORU AZƏRBAYCANA SƏFƏR EDƏCƏKDİR
BMT-nin Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində N.Heyzer ölkədə gender bərabərliyinin genişləndirilməsi sahəsində əməkdaşlıq və tərəfdaşlıq məsələlərini müzakirə etmək üçün dövlət və hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcəkdir.
N.Heyzerin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşündə gender bərabərliyinə nail olmaq üçün gələcək tərəfdaşlıq istiqamətləri müzakirə olunacaqdır. Xanım Heyzer YUNİFEM-in 2005-ci il üzrə “Dünya qadınlarının tərəqqisi 2005: qadınlar, məşğulluq və yoxsulluq” adlı qlobal hesabatın nəticələrinin Bakıda keçiriləcək açıq müzakirələrində də iştirak edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:57]
Azərbaycan və Şri-Lanka siyasi dialoqu gücləndirir
- 16.10.2026 [11:30]