Yusif Abdullayev: 2025-ci ilin sonunadək qeyri-neft ixracı iki dəfə artacaq
Bakı, 2 dekabr, AZƏRTAC
2025-ci ilin sonunadək Azərbaycanda qeyri-neft ixracının iki dəfə artaraq 3,6 milyard dollar olacağı proqnozlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev dekabrın 2-də onlayn B2G forumunda deyib.
Y.Abdullayev bildirib ki, bu ilin sonuna qeyri-neft ixracının ötən illə müqayisədə 7,5-8 faiz azalaraq 1,85 milyard dollar təşkil edəcəyi gözlənilir. Milli İxrac Strategiyası çərçivəsində məqsəd 2025-ci ilin sonunadək qeyri-neft ixracını iki dəfəyədək artırmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]