“Yuventus” klubu ciddi itkilərlə üzləşib
Bakı, 2 aprel, AZƏRTAC
İtaliyanın “Yuventus” futbol klubunun heyətində ciddi itkilər var.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Turin təmsilçisi İtaliya çempionatının XXX turunda “Kalyari” ilə qarşılaşma öncəsi ciddi itkilərlə üzləşib. Belə ki, “Yuventus”un 9 futbolçusu yaşıl meydanlardan kənarda qalacaq. Klubun ehtiyat qapıçısı Mattia Perin, müdafiə xəttində Andrea Barzayli, Leonardo Spinazzola, yarımmüdafiəçilər Sami Xedira, Duqlas Kosta, Xuan Kuadrado, hücumçu Mario Mandzukiç, Paulo Dibala və Kriştiano Ronaldo zədə səbəbindən bu görüşdə meydana çıxa bilməyəcəklər.
Qeyd edək ki, “Yuventus” klubu 29 turdan sonra 78 xalla turnir cədvəlində birinci pillədə qərarlaşıb. Onun ən yaxın izləyicisi “Napoli” 63 xalla ikincidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]