Yüzdən çox ölkənin vətəndaşları Rusiyaya elektron viza ilə səfər edə biləcəklər
Moskva, 29 iyun, AZƏRTAC
Dünyanın 113 ölkəsinin vətəndaşları 2021-ci il yanvarın 1-dən etibarən Rusiyaya elektron viza ilə səfər edə biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Yevgeni İvanov bildirib.
O deyib ki, Rusiya hökuməti 2021-ci il yanvarın 1-dən elektron vizanın tətbiqinə başlanılması planını təsdiq edib. Elektron vizadan istifadə edə biləcək ölkələrin siyahısına Türkiyə, Hindistan, Çin, Avropa İttifaqı ölkələri və s. daxildir. Hazırda 60 ölkənin vətəndaşlarının Rusiyaya vizasız gəlmək hüququ var.
Nazir müavini xatırladıb ki, Rusiyanın xarici ölkələrdəki konsulluqları hər il təxminən 1,5 milyon viza verirlər. Rusiyaya gəlmək üçün konsulluq xərcləri isə 50 dollardan çox olmayacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]