“ZAMANIN SÖZÜ” KİTABI NƏŞR OLUNMUŞDUR
Kitabın II, III, IV fəsillərində ədəbiyyatımızda Azərbaycan nəsrinin inkişafında özünəməxsus xidmətləri olan yazıçı İsi Məlikzadənin yaradıcılığından danışılır.
N.Əliyevanın publisistik yaradıcılığından nümunələrin yer aldığı birinci fəsildəki “Əbədiyaşarlıq fəlsəfəsi”, “Vətənə xidmət nümunəsi”, “Azərbaycan xalqının seçimi milli dövlətçiliyi qorumaq əzminin ifadəsidir”, “Azərbaycan mədəni irsinin hamisi” və sair yazılarda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti, ulu öndərimizin siyasi xəttinin layiqli davamçısı İlham Əliyevin xalqımıza və dövlətçiliyimizə, azərbaycançılığa əvəzsiz xidmətlərindən, mədəni irsimizin qorunması, təhsilin inkişafı ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli tədbirlərdən ətraflı bəhs edilir.
Kitaba yazılmış “Ön söz”də deyildiyi kimi, Nurlana xanım İsi Məlikzadənin yaradıcılığına müraciət edərək, onun əsərlərindəki gerçəkliyin bütün mürəkkəbliyini və rəngarəngliyini, adamların həyata münasibətini, onların əxlaqi keyfiyyətlərini açıb göstərmiş, ədəbi obrazın ümumiləşdirici xarakterini məharətlə verə bilmişdir.
Kitabın redaktoru akademik Bəkir Nəbiyevdir.