Zambiyada vəba və qarayara xəstəliyindən ölənlərin sayı artır
Bakı, 21 dekabr, AZƏRTAC
Zambiyada iki təhlükəli yoluxucu xəstəliyin - vəba və qarayaranın yayıldığı bildirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, bir gündə ölkədə vəbaya yoluxanların sayı 74 nəfər artıb, onlardan 70-i Lusakadadır.
Lusakada bu xəstəlikdən daha üç nəfər ölüb, bununla da ümumi ölüm sayı 60-a çatıb. Vəba “çirkli əllərin xəstəliyi” adlandırıldığından səlahiyyətlilər əhalini sanitariya və gigiyena qaydalarına riayət etməyə çağırıb. Zambiya ilə eyni vaxtda Zimbabve və Mozambikdə də vəba halları qeydə alınır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Afrikada 2011-ci ildən bəri vəba xəstəliyində nəzərəçarpacaq artım müşahidə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]