ZAQATALA ÇAYÇILARI İSTEHSALI ARTIRIRLAR
“Zaqatala Çay” məhdud məsuliyyətli üəssisə 2000-ci ildə 1,5 ton məhsul istehsal etdiyi halda, ötən il həmin rəqəm 10 tondan artıq olmuşdur. Kollektiv bu il daha çox məhsul istehsal etməyi nəzərdə tutub.
Müəssisədən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu il 100-dən artıq ailə-fermer təsərrüfatı ilə müqavilə bağlanmışdır. Ancaq istehsalın həcmini artırmaq plantasiyaların bərpasından çox asılıdır. Məsələ belədir ki, Zaqatalanın çay plantasiyaları keçən əsrin 40-50-ci illərində salınıb və artıq öz məhsuldarlığını itirib. Yeni çay plantasiyalarının salınmasına, eyni zamanda köhnələrin bərpasına böyük ehtiyac vardır. Müəssisənin mütəxəssisləri çıxış yolunu müvafiq elmi tədqiqat institutunu cəlb etməklə xüsusi tinglik təsərrüfatı yaratmaqda görürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:53]
Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib
- 10.08.2026 [17:45]
Azərbaycanda daha bir aqropark yaradılıb
- 10.08.2026 [17:30]
İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb
- 10.08.2026 [17:24]
Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb
- 10.08.2026 [17:19]
Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib
- 10.08.2026 [17:18]
Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib
- 10.08.2026 [17:16]