Azərbaycan Dövlət İnformasiya Agentliyi

ZAQATALA RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ASİF ƏSGƏROVUN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli konfrans iştirakçıları!

Son illər ölkəmiz sosial-iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş, ümumi daxili məhsulun artım sürətinə görə dünyanın lider dövlətinə çevrilmişdir. Respublikamızın hər yerində olduğu kimi, bənzərsiz təbiətə malik olan, qızılgüllər diyarı kimi tanınan Zaqatalada da böyük dəyişikliklər müşahidə edilir, geniş tikinti-quruculuq və abadlıq işləri aparılır.

Zaqatalalılar yaxşı anlayırlar ki, ölkə həyatının bütün sahələrində əldə olunan nailiyyətlər, respublikamızın regionda və beynəlxalq aləmdə müsbət imicinin daha da artması ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasının, iqtisadi inkişaf strategiyasının, cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.

Mübaliğə etmədən demək olar ki, Sizin 2006-cı ilin aprelində Zaqatalaya ilk səfərinizlə rayonumuzun tarixində yeni bir dövr, əsl intibah dövrü başlandı. Ötən ilin sentyabrında növbəti səfəriniz zamanı verdiyiniz dəyərli tövsiyələr isə zaqatalalıları daha əzmlə işləməyə ruhlandırdı. Təsadüfi deyil ki, 2008-ci ildə rayonda rekord miqdarda - 183 milyon manatlıq məhsul istehsal edildi. Bu göstərici 2003-cü illə müqayisədə 3,2 dəfə çoxdur. Ötən beş ildə rayonumuzda kənd təsərrüfatı istehsalı 2,5, sənaye istehsalı isə 2,2 dəfə artmışdır. Bu gün rayonda istehsal olunan məhsulların xarici bazarlarda - Almaniya, Fransa, İtaliya, Türkiyə, Rusiya, Ukrayna kimi ölkələrdə özünə yer tapması iqtisadiyyatımızdakı böyük tərəqqinin göstəricisi, qabaqcıl texnologiyaların tətbiqinin nəticəsidir.

Möhtərəm cənab Prezident!

Dövlət proqramında və əlavə tədbirlər planında Zaqatala rayonunun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan bütün müddəalar Sizin qayğınızla nəinki yerinə yetirilmiş, eyni zamanda, proqramda nəzərdə tutulmayan, həlli vacib olan 100-dən artıq irimiqyaslı layihə də həyata keçirilmişdir. Ölkəmizin hər yerində olduğu kimi, Zaqatalada da yoxsulluğun azaldılması, sahibkarlığın dəstəklənməsi və inkişaf etdirilməsi proqramları müvəffəqiyyətlə yerinə yetirilmiş, yeni iş yerləri açılmışdır.

Qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, ucqar dağ rayonu olan Zaqatalaya 2008-ci ildə qoyulan investisiyaların həcmi beş il əvvəlkindən 50 dəfə çox olaraq 100 milyon manatı keçmişdir. Ötən müddətdə rayonda 4 mebel, 5 alkoqollu və alkoqolsuz içkilər istehsalı, 24 fındıq, 3 tütün, 1 qızılgül yağı, 2 çay emalı müəssisələri, kərpic, asfalt və dəmir-beton məmulatı zavodları istifadəyə verilmişdir. Yeni süd və tütün emalı zavodlarının tikintisi isə artıq başa çatmaq üzrədir.

Dövlət proqramının icrası nəticəsində rayonda təbii qaz istifadəçilərinin sayı 4,5 dəfədən çox artmışdır. 60 kilometr asfalt yol çəkilmiş, 18 körpü inşa edilmişdir. Tala çayı üzərində nadir tikililərdən hesab edilən asma körpünün tikintisi başa çatmaq üzrədir. Dövlət proqramına uyğun olaraq rayonda dağ çaylarının daşması və sel suları nəticəsində insanlara və təbiətə dəyən ziyanın qarşısını almaq məqsədi ilə 8 min metr uzunluğunda yeni bəndlər tikilmiş və sahilbərkitmə işləri görülmüşdür.

Ötən beş ildə rayonda ümummilli lider Heydər Əliyevin adını daşıyan park və muzey yaradılmış, ulu öndərin abidəsi ucaldılmışdır. Bundan başqa, 10 hektar sahəni əhatə edən 4 yeni park salınmışdır. 23 yeni məktəb binası, 4 mədəniyyət, 10 tibb müəssisəsi, Regional Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, beynəlxalq standartlara cavab verən şəhər stadionu, 4 idman zalı, 15 inzibati bina, 11 bank filialı, 793 mənzil və digər obyektlər tikilmişdir. Həmin dövrdə 20 məktəb, 40 mədəniyyət müəssisəsi, 18 səhiyyə obyekti, 3 idman zalı və mənzil fonduna aid 190 yaşayış binası əsaslı təmir olunmuşdur.

Əhalinin içməli suya olan tələbatının ödənilməsini yaxşılaşdırmaq üçün 60-dan artıq artezian quyusu qazılmış, yeni su xətləri çəkilmişdir. Hazırda Dünya Bankının və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Zaqatala şəhərinin və 6 kəndin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Bu layihə gələn ilin sonunadək başa çatdırılacaqdır.

İcazə verin, rayonumuzda həyata keçirilən tikinti-quruculuq işlərinə göstərdiyiniz böyük dəstəyə görə Sizə bütün zaqatalalıların dərin təşəkkürünü çatdırım.

Möhtərəm cənab Prezident!

Sizin tapşırığınızla həyata keçirilmiş layihələrin içərisində 2008-ci ildə iştirakınızla istifadəyə verilmiş beynəlxalq hava limanı xüsusi önəm daşıyır. Hava nəqliyyatı xəttinin açılması regionda turizmin inkişafı üçün olduqca əlverişli zəmin yaratmış, nəinki respublika vətəndaşlarının, hətta xarici ölkə nümayəndələrinin də Zaqatalaya və bölgəmizə olan marağının artmasına, gediş-gəlişin intensivləşməsinə səbəb olmuşdur. Son beş ildə rayonda 6 yeni müasir mehmanxananın fəaliyyətə başlaması da turizm sektorunun inkişafına müsbət təsir göstərmişdir. Sevindirici haldır ki, rayonumuza qonaq gələn xarici ölkə səfirləri və nümayəndə heyətləri bölgəmizin təbii gözəlliyinə vurğunluqlarını bildirməklə yanaşı, qısa müddətdə regionda baş verən sosial-iqtisadi tərəqqinin nəticələrinə heyran olduqlarını gizlətmir, onu Avropanın kiçik turizm şəhərləri ilə müqayisə edirlər. Bütün bunlar Sizin rəhbərliyiniz altında regionlarda həyata keçirilən yeni inkişaf strategiyasının nəticəsi, Azərbaycanın dünya birliyinə iqtisadi və mədəni inteqrasiyasının göstəricisidir.

Ölkədə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair verdiyiniz tapşırıqlar rayonumuzda da uğurla icra olunur. Taxılçılıq və heyvandarlıqla yanaşı, baramaçılıq, arıçılıq, tərəvəzçilik, gülçülük və çayçılığın inkişafı üçün ardıcıl və məqsədyönlü işlər aparılır. Vaxtilə rayon iqtisadiyyatının 70 faizini təşkil edən tütünçülüyün yenidən dirçəldilməsi məqsədi ilə Amerika Birləşmiş Ştatları və İtaliyadan yeni texnoloji avadanlıq gətirilmiş, 60 tütün qurutmaxanası quraşdırılmış, 400 hektardan artıq sahədə Berley və Virciniya növlü ətirli tütün sortları əkilmişdir.

Sizin kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi ilə bağlı Sərəncamınıza uyğun olaraq, rayonda fermerlərə verilmiş dövlət yardımları məhsul istehsalının artması və yeni iş yerlərinin açılması ilə yanaşı, yüzlərlə həmyerlilərimizin Rusiya və digər xarici ölkələrdən öz doğma el-obalarına qayıtması üçün mühüm stimul yaratmışdır. Məlumat vermək istərdim ki, son beş ildə Zaqatalada müxtəlif sahələri əhatə edən 900-dən yuxarı layihə həyata keçirilmişdir. Bunun nəticəsində rayonda 11 min 102 yeni iş yeri yaradılmışdır ki, onlardan da 7 min 57-si daimidir.

Möhtərəm cənab Prezident!

Təhsilin və mədəniyyətin inkişafında əvəzsiz xidmətləri olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illər rayonumuzda 3 yeni məktəb binası tikilmiş, 2 məktəb binası əsaslı təmir olunmuşdur. Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Bəhmətli kəndindəki 250 yerlik mədəniyyət evinin yenidən qurularaq hər cür inventar və avadanlıqla təchiz edilməsi kənd sakinlərinin hədsiz sevincinə səbəb olmuşdur. Təhsilimizin və mədəniyyətimizin inkişafına göstərdiyi qayğıya görə hörmətli Mehriban xanıma rayon ictimaiyyətinin dərin minnətdarlığını çatdırmaq istərdim.

Cənab Prezident, Siz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin problemlərinə xüsusi diqqət göstərirsiniz. Bu qayğının nəticəsidir ki, son illər onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Zaqatalada 100-dən çox mənzil tikilərək istifadəyə verilmişdir. Rayonumuza ötənilki səfəriniz zamanı Vətən uğrunda döyüşlərdə öz sağlamlıqlarını itirmiş insanlara, böyük amal naminə həyatlarını qurban vermiş şəhidlərimizin ailələrinə yeni mənzillərin açarlarını şəxsən təqdim etməyiniz onların yaddaşından heç vaxt silinməyəcəkdir.

Zaqatalada bir çox azyaşlı xalqların nümayəndələri məskunlaşmış, özlərinə burada firavan həyat, xoş güzəran qurmuşlar. Onlar Azərbaycan vətəndaşı kimi bu torpaqları sevir, azərbaycançılıq ideyaları ətrafında sıx birləşir, Sizin kimi Prezidenti olan ölkədə yaşamaqdan qürur duyurlar.

Yeri gəlmişkən, cənab Prezident, Car kənd sakini, milliyyətcə avar olan, düşmənlərin atəşkəs rejimini pozması nəticəsində şəhid olmuş 19 yaşlı Kusayev Nemət Həbibulla oğlunun dəfn mərasimində onun babası, 72 yaşlı Gücü kişinin bir təkidli tələbini Sizə çatdırmaq istərdim: “...Xahiş edirəm mənim sözlərimi Ali baş komandana çatdırasınız. Biz möhtərəm Prezidentimizin sülh siyasətini alqışlayırıq. Lakin Ali baş komandanımız əmr edərsə, bu yaşımda mən də bir əsgər kimi silahlanıb torpaqlarımızın erməni işğalçılarından azad olunması uğrunda mübarizəyə qoşulmağa və şəhid olmağa hazıram”.

Hörmətli konfrans iştirakçıları!

Bu gün respublikamızda həyata keçirilən əsaslı islahatlar, sosial-iqtisadi tərəqqinin təmin olunması məqsədi ilə qəbul olunmuş proqramlar bizim hər birimizdən böyük məsuliyyət, çeviklik, operativlik və əzmkarlıq tələb edir.

Möhtərəm cənab Prezident!

Sizi əmin etmək istəyirik ki, doğma Azərbaycanımızın tərəqqisi, xalqımızın xoşbəxt və firavan gələcəyi naminə gördüyünüz bütün işlərdə biz zaqatalalılar həmişə Sizinlə olacaq, ümummilli liderimiz Heydər Əliyevin parlaq ideyalarını rəhbər tutaraq doğma Vətənimizə böyük məhəbbət və sədaqətlə xidmət edəcəyik.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vo Thi An Suan: Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə mühüm töhfələr verib

Məktəbli forması bərabərliyin, eyniliyin, səliqənin təmin olunmasıdır - Sosioloq

Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək

Laos Prezidenti: AQEM-ə tamhüquqlu üzv olmaq üzərimizdə böyük məsuliyyət və öhdəlik yaradır

İnam Yusifov: İstehlakçılara müxtəlif istiqamətləri əhatə edən 18 adda xidmət göstərilir

Alimlər 2100-cü ilədək bəşəriyyət üçün ən böyük 17 təhlükəni açıqlayıblar

Azərbaycandan 18 milyard kubmetrdən çox təbii qaz ixrac olunub

Türkmənistan Prezidenti: Azərbaycanın AQEM-ə sədrliyi xüsusi əhəmiyyətlidir və biz onu dəstəkləyirik

Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib

Azərbaycanda ən yaxşı təcrübələr - İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib

Astanada daşımaların rəqəmsallaşdırılması və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı nəzərdən keçirilib

Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək

SOCAR ilə Şri-Lanka şirkətləri arasında enerji sektorunda əməkdaşlıq imkanları dəyərləndirilib

Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb

İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib

AMB: BOKT-ların maliyyələşməsi ilə bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi planlaşdırılır

AQEM-in Zirvə Toplantısı Azərbaycanın beynəlxalq dialoq məkanı kimi mövqeyini bir daha ön plana çıxarır - ŞƏRH

Fərid Şəfiyev: Qlobal təhlükəsizlik üçün beynəlxalq və regional əməkdaşlıq gücləndirilməlidir

İradə Hüseynova: Dayanıqlı şəhərsalma ekoloji tarazlığın qorunmasını tələb edir

Emoməli Rəhmon: Yalnız qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə ortaq məqsədlərimizə nail ola bilərik

Azərbaycanlı qadın Varşava Təhlükəsizlik Forumunun nüfuzlu liderlik proqramına seçilib

Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır

Aİ Şurasının Sammitində iqtisadi rəqabətqabiliyyətlilik və təhlükəsizlik məsələləri müzakirə olunur

Qarsda “Azərbaycan incəsənət həftəsi”: Konsert və moda nümayişi

Sadır Japarov: Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm

Xalq artisti Ramiz Quliyevin vəfatının ildönümündə məzarı ziyarət olunub, qəbirüstü abidəsi açılıb

Qazaxıstan tranzit yükdaşımanı 2030-cu ilə kimi 67 milyon tona çatdırmağı planlaşdırır

Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm

Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər

Ər-Riyadda keçirilməsi planlaşdırılan kiberidman üzrə dünya çempionatı təxirə salınıb

Ballıca şəlaləsinin ətrafında iməcilik: 2 hektar ərazi tullantılardan təmizləndi

“Akasiya” qadın kooperativinin uğur hekayəsi

Şavkat Mirziyoyev: AQEM Asiyada qarşılıqlı etimad infrastrukturu yaratmalıdır

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

BDYPİ beynəlxalq sərgidə təmsil olunur VİDEO

Mərkəzi Bank vətəndaşlara zəruri olmayan xərcləri qarşılamaq üçün borc götürməməyi tövsiyə edir

Politoloq: Prezident İlham Əliyevin 23 illik fəaliyyəti Azərbaycanın tarixi Zəfərini və güclü dövlət quruculuğunu təmin edib

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Azərbaycanın müdafiə naziri qırğızıstanlı həmkarı ilə görüşüb

Qazaxıstan Milli Akademik Kitabxanasına Azərbaycan haqqında yeni kitablar hədiyyə edilib

Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqlayıb

Prezident İlham Əliyev: Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb

Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib

Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək

Tokayev: Azərbaycan AQEM-in mövcud geosiyasi çağırışların həllində daha fəal rol oynamasına şərait yaradır

BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq

QHT sədri: Kəlağayı qadın zərifliyinin, incəliyinin rəmzidir

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib – YENİLƏNİB VİDEO

Prezident: BMT TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək

Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb

Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxunub

Natiq Məmmədli: Qarabağda aparılan quruculuq işlərinin obyektiv işıqlandırılması medianın əsas vəzifələrindəndir

“Ər-Riyad” qəzetində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş məqalə dərc edilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb

Azərbaycan Prezidenti AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışıb

Prezident: Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir

Ekspertlər: AQEM-in Bakı Zirvə Toplantısı Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNƏCƏK

Ukraynalı uşaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO

Rusiyanın Ryazan vilayətində neft emalı zavoduna dron hücumundan sonra yanğın baş verib

Beynəlxalq ekspert: İşəgötürənlər olmadan dəstəklənən məşğulluq modelini həyata keçirmək mümkün deyil

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Hikmət Babaoğlu: Qarabağ yaddaşı yalnız emosional ağrı ilə məhdudlaşmamalıdır VİDEO

Laos üzv dövlət qismində AQEM-ə qoşulub

“The Telegraph”: Britaniyalıların yarısı öz ölkələri uğrunda döyüşmək istəmir

Prezident İlham Əliyev: Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Mərkəzi Bank: Azərbaycanda ortasəviyyəli təmərküzləşmə müşahidə olunur

Siyasi uzaqgörənlikdən tarixi Zəfərə doğru MƏQALƏ

Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi tətbiqi nəzərdə tutulur

Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

İçərişəhərin Numizmatika Muzeyi: Qədim sikkələr bizə nə deyir? VİDEO

Əminə Məlikova: Kəlağayı Azərbaycan qadınını sosial mənsubiyyətindən asılı olmayaraq bərabərləşdirən rəmzdir

Bu saata olan əsas xəbərlər

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Parisdə Azərbaycanın mədəniyyəti və turizm potensialı fransız mütəxəssislərə təqdim olunub

“Rəqəmsal rabitə” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Rəqəmsal rabitə” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda İslam maliyyəsi mexanizmlərinin tətbiqini məqsədilə normativ-hüquqi akt layihələri hazırlanıb

İsa Həbibbəyli: Yaşıl sivilizasiya yeni inkişaf mərhələsinin əsasını qoyur

SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb

Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat

Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək

AMB: Altı ayda maliyyə sektorunun aktivləri 65 milyard manata çatıb

Rusiya İranda Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlamağı planlaşdırır

bp-nin nümayəndəsi: İnklüzivlik yalnız sosial məsuliyyət deyil, həm də bizim dəyərimizdir

Azərbaycan Yaponiyanın məşhur “VIVANT” serialının ikinci mövsümündə geniş təqdim olunacaq

AMEA-nın müxbir üzvü: Şəhərlərin inkişafında ekoloji tarazlığın qorunması vacibdir

Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir

Aqrar Süni İntellekt layihəsi çərçivəsində həllərin tətbiqi genişləndiriləcək

"AzerGold" QSC-nin nümayəndəsi: Əsas məqsəd peşəkar inkişaf üçün yararlı imkanların təmin edilməsidir

Balakəndə səyyar tibbi aksiya çərçivəsində 574 nəfərə ödənişsiz xidmət göstərilib

ÜST: Qurğuşunun mənfi təsirindən hər il 3,5 milyondan çox insan dünyasını dəyişir

Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb

Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq

Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib

Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər