ZAQATALA ŞƏHƏRİNDƏ HEYDƏR ƏLİYEV ADINA PROSPEKT
AZƏRTAC-ın müxbiri xəbər verir ki, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq rayon icra hakimiyyəti başçısının xüsusi sərəncamı ilə dahi rəhbər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 81-ci ildönümü şərəfinə Zaqatala şəhərinin ən böyük küçələrindən birinə «Heydər Əliyev prospekti» adı verilmişdir. Şəhərin mərkəzi hissəsində yerləşən və uzunluğu 1,5 kilometr olan prospektdə aparılan geniş abadlıq və yenidənqurma işləri hazırda davam etdirilir.
Zaqatalalılar ulu öndərin bu rayona göstərdiyi diqqət və qayğını böyük minnətdarlıqla xatırlayırlar. Şəhərin ən gözəl istirahət guşələrindən biri olan mədəniyyət və istirahət parkı da xeyli müddətdir ki, böyük şəxsiyyətin adını daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]