Zaqatalada ağacəkmə aksiyasında 300-dək ting əkilib
Zaqatala, 18 aprel, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində aprelin 18-də Zaqatalada keçirilən ağacəkmə aksiyası zamanı şəhər ərazisində 300-dək Eldar şamı və sərv ağacı əkilib. Əkilən ağaclar suvarılıb və tinglərə aqrotexniki qaydada qulluq göstərilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.
Aksiyada rayon rəhbərliyi, ayrı-ayrı əmək kollektivləri və ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.
Aksiyanın məqsədi ətraf mühitin qorunmasına və ekoloji mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.
Eyni zamanda, yaşıllaşdırma üçaylığı çərçivəsində həmin gün şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər tərəfindən yaşıllıq ərazilərdə təmizlik işləri də aparılıb.
Müxbir – Mustafa Dadaşov