REGİONLAR
Zaqatalada şəhid ailələri diqqət və qayğı ilə əhatə olunublar




Zaqatala, 26 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının ailələri ölkənin hər yerində olduğu kimi, Zaqatala rayonunda da hər zaman diqqət və qayğı ilə əhatə olunublar. Rayon icra hakimiyyətinin rəhbər şəxsləri mütəmadi olaraq şəhid ailələrinin üzvləri ilə görüşür, onların qayğı və problemləri ilə maraqlanırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 Sentyabr – Anım Günü ərəfəsində rayon icra hakimiyyətinin başçısı və rəhbər şəxslər şəhid ailələrini ziyarət edib, sosial durumları və problemləri ilə maraqlanıb, şəhidlərin ailə üzvlərinin şikayət və təkliflərini dinləyiblər.
Ziyarət zamanı, həmçinin şəhidlərin şərəfli həyat yolundan və döyüşlərdə göstərdikləri şücaətdən söhbət açılıb.
Bildirilib ki, şəhidlər Vətən uğrunda canlarını fəda etməklə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazıblar.
Görüşdə şəhid ailələrinə, qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Sonda şəhid ailələrinə yardımlar paylanılıb.