Zaqatalada təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı keçirilir
Zaqatala, 5 aprel (AZƏRTAC). Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xüsusi sərəncamına əsasən rayonda təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı keçirilir. Tədbirlər planına uyğun olaraq, hazırda Zaqatala şəhərinin küçə, park və meydanlarında, ictimai yaşayış binalarının həyətlərində, eləcə də rayonun qəsəbə və kəndlərində təmizlik, abadlıq və səliqə-sahman yaradılır, ictimai binaların dam örtüyü və fasad hissələri rənglənir, su hovuzları, fəvvarələr təmir olunaraq işə salınır, magistral avtomobil yollarının kənarları məişət tullantılarından, kol-kosdan təmizlənir, geniş yaşıllıq işləri aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, üçaylıq çərçivəsində indiyədək Zaqatala şəhərində, eləcə də qəsəbə və kəndlərdə boş ərazilərdə, yol kənarlarında 40 minə yaxın ağac və bəzək kolu əkilmişdir. Keçirilən iməciliklərdə ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin rayon meşə mühafizəsi və bərpası müəssisəsinin kollektivi yaxından iştirak edir. Ümumiyyətlə, yaz aylarında rayon ərazisində 70 min ağac və bəzək kolunu əkilməsi nəzərdə tutulur.
Təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığı iyunun 1-dək davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]