Zaqatalada tullantıların idarə olunması üzrə layihənin icrasına başlanılmışdır
Zaqatala, 30 mart (AZƏRTAC). Zaqatala rayonunda Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində həyata keçirilən “Tullantıların idarə olunması sisteminin yaxşılaşdırılması” layihəsinin icrasına başlanmışdır. Layihə üzrə işlər İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və Resurs Mərkəzi tərəfindən həyata keçirilir. Ekologiya sahəsi ilə bağlı bu layihənin başlıca məqsədi tullantıların çeşidlənməsi və yenidən emal edilməsi üçün qurğuların, habelə emal olunmayan tullantıların yandırılaraq məhv edilməsi üçün nəzərdə tutulan xüsusi sobaların rayonun ətraf ərazilərində inşa edilməsidir.
Mərkəzdən AZƏRTAC-a bildirmişlər ki, sözügedən layihə çərçivəsində martın 29-da Zaqatala şəhərinin kənarında, çaylaq ərazidə qurğunun əsas binasının təməli qoyulmuşdur. Binada tullantıların çeşidlənməsi üçün hər birinin uzunluğu 15 metr, eni isə 10 metr olan iki sex, habelə tullantıların yandırılması üçün uzunluğu 6 metr, eni 5 metr olan xüsusi soba yerləşəcəkdir.
Layihə üzrə işlərin 6 ay müddətinə başa çatdırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]