Zaqatalalı fermerlər cari mövsümdə 31 min tondan çox qarğıdalı istehsal etmişlər
Zaqatala, 7 noyabr (AZƏRTAC). Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı müvəffəqiyyətlə başa çatmışdır. Builki mövsümdə zaqatalalı fermerlər 5 min 902 hektar qarğıdalı sahəsindən 31 min 743 ton məhsul götürmüşlər. Hər hektardan orta hesabla 54 sentner dən qarğıdalı əldə edilmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, hazırda təsərrüfatlarda gələn ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam etdirilir. İndiyədək 8 min 600 hektara yaxın sahə şumlanmış, 5 min 262 hektar sahəyə toxum səpilmişdir.
Bu il rayonda 12 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]