“Zaqatala”nın legioneri: Obameyanqla eyni komandada oynamaq qürurverici hiss olar
Bakı, 11 mart, AZƏRTAC
“Milli komandanın baş məşqçisindən zəng gəldiyi zaman çox xoşbəxt oldum”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan I Liqasında mübarizə aparan “Zaqatala”nın qabonlu müdafiəçisi Steyn Essono ilk dəfə futbol üzrə əsas milli komandaya dəvət alması barədə danışarkən deyib.
O bildirib ki, daha əvvəl Qabon millisinin aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib: “Ölkəmin U-17, U-20, U-23 komandalarında çıxış etmişəm. Əsas yığmaya dəvət aldığım üçün qürur hissi keçirirəm. Orada Mişel Mbula və Erik Babue ilə çox yaxşı münasibətim var. İndi millimiz martın 18-də Fransada bir araya gələcək. Mənə verilən şansdan maksimum şəkildə yararlanmaq istəyirəm”.
25 yaşlı futbolçu Qabon futbol tarixinin tanınmış futbolçusu olan Pyer-Emerik Obameyanq haqqında da fikirlərini bölüşüb: “Obameynaq çox böyük futbolçudur. İngiltərənin “Arsenal” və İspaniyanın “Barselona” kimi nəhəng komandalarda çıxış edib. Düzdür, onunla şəxsi tanışlığım olmasa da, birlikdə oynamaq maraqlı təcrübə olar”.
Qeyd edək ki, Qabon millisi martın 22-də Seneqal yığması ilə yoxlama görüşü keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]