Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Bakı, 5 sentyabr, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, ölkəmizi turnirdə 8 çəki dərəcəsi üzrə 2 qadın və 6 kişi idmançı təmsil edəcək.
Qadınların yarışında Aydan Əliyeva (52 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) qüvvəsini sınayacaq.
Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Ömər Rəcəbli, Zəməddin Poladov (hər ikisi 81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) və İmran Yusifov (+100 kiloqram) gücünü yoxlayacaq.
Qeyd edək ki, Qran-Pri sentyabrın 13-15-də təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]