ZAVODA BİR AYDA 195,6 MİLYON KUBMETR TƏBİİ QAZ TƏHVİL VERİLMİŞDİR
Respublikanın Dövlət Neft Şirkətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ilin aprelində Azərbaycan qaz emalı zavoduna 195,6 milyon kubmetr təbii qaz təhvil verilmişdir. Bu, proqnozdan 31,8 milyon kubmetr çoxdur.
Zavodun təhvil aldığı qazın 136 milyon kubmetri “Azneft” İstehsalat Birliyinin neft-qazçıxarma müəssisələrinin, 59,6 milyon kubmetri Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin payına düşür.
Yanvar-aprel aylarında zavod həmin qurumlardan təxminən 792 milyon kubmetr, yəni nəzərdə tutulandan 131,2 milyon kubmetr artıq təbii qaz almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:57]
Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb
- 01.10.2026 [17:39]
Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK
- 01.10.2026 [17:26]