“ZƏFƏR BAYRAĞIMIZ ƏBƏDİDİR!” LAYİHƏSİ QRANT MÜSABİQƏNİN QALİBİ OLMUŞDUR
Bakı, 7 avqust (AZƏRTAC). “Təkan” Tələbə Gənclərin İctimai Birliyi tərəfindən təqdim edilmiş “Zəfər bayrağımız əbədidir!” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuşdur.
Gənclər və İdman Nazirliyindən bildirmişlər ki, artıq layihənin icrası ilə bağlı təşkilat tərəfindən müvafiq işlər aparılır.
Layihənin əsas məqsədi bayraq haqqında tarixi məlumatları ümumiləşdirmək, onun keçdiyi tarixi dövrü qələmə almaq və əyani vəsait kimi oxuculara çatdırmaqdır.
Vəsaitin kitabça və CD disk formasında hazırlanaraq təhsil müəssisələrinin şagird və tələbələri arasında yayılması nəzərdə tutulur.
Hazırlanacaq vəsaitdə tariximizin qədim dövründən başlayaraq müasir zamana qədər olan qısa xülasəsi, Azərbaycan ərazisində mövcud olmuş qədim dövlətlərin xəritələri, tarixi şəxslərin şəkilləri ilə yanaşı, dövlətimizin atributlarından olan bayraq və gerbin yaranma tarixi, mənaları və onlar haqqında müxtəlif nəzəriyyələr öz əksini tapacaqdır.
Vəsaitin gələcəkdə ümumtəhsil məktəblərində və məktəbəqədər təhsil müəssisələrində də təbliğ edilməsi nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]