Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti

Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti

Bakı, 24 iyul, AZƏRTAC

Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni reallıqlarını da hamıdan artıq düşünüb nəzərə aldığına, gələcək hədəfləri tam dəqiqliklə müəyyən etdiyinə hər gün dəfələrlə əyani şəkildə şahid oluruq. Böyük Zəfərdən sonra millət, cəmiyyət və dövlət olaraq qarşımızda duran məqsədləri ən doğru və aydın şəkildə xarakterizə etmək baxımından Prezidentin keçən il mayın 10-da Şuşada səsləndirdiyi bu fikirlər olduqca ibrətamizdir: “Bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq: hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcidin “Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti” sərlövhəli məqaləsində yer alıb.

Məqaləni təqdim edirik: “Göründüyü kimi, bu cümlələrdə dövlətimizin başçısından sıravi azərbaycanlıya qədər hamılıqla qazandığımız möhtəşəm Qələbəyə layiq olmağa çalışmaq mühüm mənəvi vətəndaşlıq borcumuz kimi önə çəkilir. Yeni dövrün şərtlərini, qalib xalq olmağın üstün məsuliyyətini dərk edib paylaşmaq, hər an bu məsuliyyətlə hərəkət etmək zərurəti qətiyyətlə vurğulanır. Əfsuslar olsun ki, həm cəmiyyət, həm də fərd olaraq bu məsuliyyəti heç də lazımınca anlayıb bölüşə bilmədiyimizi son günlərin hadisələri bir daha ortaya qoydu. Məlum oldu ki, canımız-qanımız bahasına qazandığımız Zəfərə, 30 illik işğala son qoymağımızla nəticələnən Vətən müharibəsinin parlaq nəticələrinə layiq davranmaq hələlik cəmiyyətimizin xeyli qismi üçün uzaq mövqedir.

Heç şübhəsiz, indi hamımızın diqqət mərkəzində dayanan mövzular böyük Zəfər qazanmış Azərbaycanın regionda və dünyada günbəgün artan nüfuzu, bununla əlaqədar ölkəmizdə, xüsusən Şuşada ardıcıl keçirilən beynəlxalq tədbirlər, azad edilmiş torpaqlarımızdakı nəhəng quruculuq işləri olmalıdır. Bunun əvəzinə, hansısa cılız qalmaqallar, fərdi kriminal olaylar, ötəri məişət məsələləri gündəmə gəlir. Belə olaylar hər gün, hər saat fərqli donda, müxtəlif yozumda qarşımıza çıxıb həm vaxtımızı, enerjimizi alır, həm də əsəblərimizi korlayır, mənəvi-əxlaqi tarazlığımızı pozur.

Səviyyəsi əksərən heç bir pozitivliyə yer qoymayan bəzi sosial şəbəkə istifadəçiləri bir yana, çox təəssüf ki, bir sıra hallarda ayrı-ayrı media qurumları və onların təmsilçiləri də bu dağıdıcı “gündəm yaratmaq”, stəkanda fırtına qoparmaq prosesinin fəal iştirakçısına çevrilirlər. Azərbaycanın və dünyanın hazırkı reallığında belə bəsit, məzmunsuz olaylara bu qədər diqqət ayırmaq, mənfi hadisələri, düşük söhbətləri diqqət mərkəzinə çəkmək son dərəcə məsuliyyətsiz davranışdır. Bütün bunlar yersiz və səviyyəsiz hərəkət olmaqdan əlavə, milli və ictimai baxımdan da çox ziyanlı addımlardır. Çünki bu cür qaramat yayan halların ən yolverilməz formalarda, ən iyrənc üsullarla gecə-gündüz gündəmdə tutulması ümumən Azərbaycanın dünyadakı qalib və məğrur obrazına, pak, ləyaqətli simasına kölgə salmağa yönəlir.

Azərbaycan Mətbuat Şurasının sosial şəbəkə istifadəçilərinə və vətəndaş mediası fəallarına müraciətində də vurğulandığı kimi, çağdaş dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediası bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rol oynayırlar. Lakin bu platformalarda bəzi şəxslər azad mühitin imkanlarından sui-istifadə edərək etik qaydaları pozur, aşırı aqressiya və qərəz sərgiləyir, böhtan və təhqirə, vulqar ifadələrin işlədilməsi hallarına yol verir, kin və nifrət təbliğatçılarına çevrilirlər. Belə davranış tərzi verilən məlumatların ictimai çəkisini heçə endirməklə bərabər, ölkəmizin informasiya məkanına neqativ ab-hava gətirir, hətta bəzi hallarda hüquqi məsuliyyət yaradır.

Halbuki sosial media mənsubları, bu platformanın fəalları, ilk növbədə, insan şərəf və ləyaqətini zədələmədən, cinayət, zorakılıq, qəddarlıq və intihar hallarının təşviqinə yol vermədən, cəmiyyətin mənəvi-psixoloji durumuna zərbə vurmadan, terror, xurafat və cəhalət təbliğinə meydan açmadan fəaliyyət göstərməlidirlər. Əsas meyar, başlıca davranış ölçüsü isə Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz böyük Zəfərimizə, şanlı Qələbəmizə layiq olmaq, yaşadığımız dövrün yüksək məsuliyyətini dərk edərək hər addımda buna uyğun davranmaqdır!”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü zəlzələ Kolumbiyada dağıntılara səbəb olub, ölənlər və yaralananlar var

DTX: Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınır

Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub

Londonda 8 milyon funt sterlinqdən çox dəyəri olan avtomobillər müsadirə edilib

Azərbaycanın ticarət dövriyyəsinin həcmi açıqlanıb

Çəltik sahələrinin dövlət dəstəyi ilə sığortalanması avqustun 20-dək davam edəcək

Naxçıvanda ictimai nəqliyyatda istifadə olunacaq kartların satışı hansı ünvanlarda həyata keçiriləcək?

Yeddi ayda dövlət büdcəsinin gəlirləri 23,6 milyard manata çatıb

Bakı Qara dəniz-Xəzər regionunda nəqliyyat dəhlizlərinin gələcəyinə dair beynəlxalq foruma ev sahibliyi edəcək

Şahbuzda yol qəzası olub, 1 nəfər ölüb

“Qəbələ” İslandiya klubunun müdafiəçisini transfer edib

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

"Sabah"ın futbolçusu: Ümid edirəm ki, mərhələni keçən tərəf biz olacağıq VİDEO

Yaşı 18-dək olan şəxslər üçün əmək münasibətləri sahəsində hansı güzəşt və təminatlar var?

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Valdas Dambrauskas: Sabah tarix yazıb Azərbaycan xalqını sevindirmək istəyirik VİDEO

Politoloq: Azərbaycanın təşəbbüsləri Orta Dəhlizin və TRIPP layihəsinin reallaşması üçün mühüm zəmin yaradıb

Ekologiya və təbii sərvətlər naziri İsmayıllıda vətəndaşların müraciətlərini dinləyib

Əlilliyi olan gənclərin peşə hazırlığı üzrə növbəti qiymətləndirilməsi təşkil edilib

İngiltərədə şirkət quran azərbaycanlı: Texnologiyanın əvəz etdiyi kadr yox, onu idarə edən mütəxəssis olun

Yeddi ayda sahibkarlara 1191 lisenziya verilib

BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində 9 ixtisas üzrə kadr hazırlığı aparılır

Azərbaycanda daha bir aqropark yaradılıb

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Daha bir onlayn mərc şəbəkəsi ifşa edilib VİDEO

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

Çexiyada işsizlik 4,4 faizə yüksəlib

HTP çərçivəsində Çində təhsil alacaq tələbə: Azərbaycana mütəxəssis kimi qayıtmağı planlaşdırıram

Azərbaycanda frilans anlayışının qanunvericilikdə təsbit olunması rəqəmsal iqtisadiyyata əlavə dəyər yaradacaq - Ekspert VİDEO

İqtisadiyyata kredit qoyuluşları 12 faizdən çox artıb

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Kubanıçbek Ömüralıyev: TDT ölkələri ilə Yaponiya arasında sıx əməkdaşlıq üçün potensial var

Natəvanın şair qohumları ədəbi mühitə hansı töhfələri verib?

Elektrik skuterləri xəsarət riski baxımından üç dəfə daha təhlükəlidir – Araşdırma

Yeddi ayda Bakı Limanında 72 min TEU-dan çox konteyner aşırılıb

Alimlər 37 dərəcəlik istiyə davam gətirən tetanus və difteriya peyvəndi hazırlayıblar

Sənaye sektorunda 38,9 milyard manatlıq məhsul istehsal edilib

Paytaxtda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Fiziki şəxslərin banklardakı əmanətləri 15,5 faiz artıb

UEFA-nın azərbaycanlı nümayəndəsi Gürcüstan klubunun stadionu ilə tanış olub

Almaniyada hava limanlarında dronlara qarşı müdafiənin gücləndirilməsi aktuallaşıb

Prezident İlham Əliyevin sülh strategiyası və Cənubi Qafqazda yeni geosiyasi mərhələ RƏY

Balaxanı neftçiləri və FHN əməkdaşları yanğından mühafizə üzrə birgə profilaktik seminarlar keçirirlər

Azərbaycan güləşçiləri Buxarestdə 5 medal qazanıblar

Azərbaycanda ilk dəfə “AVAZ” Gənclərin Xor Düşərgəsi təşkil edilib

Yeddi ayda Azərbaycanda nəqliyyat və rabitə xidmətləri üzrə istehsalın dəyəri artıb

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO

Rəsədxana: Avqustun 11-12-də zəif geomaqnit qasırğası gözlənilir

AI bumu fonunda retrokompüterlərə maraq artır

Siyasi şərhçi: Qırğızıstanla münasibətlərin möhkəmlənməsində ortaq mədəni irs mühüm rol oynayır

Kənd təsərrüfatı məhsullarının istehsalı 2,8 faiz artıb

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Xaçmazın kəndlərində divarlara məzmunu bəlli olmayan yazılar həkk edilib - Polis araşdırma aparır VİDEO

Lerik-Lənkəran sərhədində zəlzələ olub

Tranzit yükdaşımalarda rekord: son 5 ilin ən yüksək göstəricisi qeydə alınıb

Turizm eksperti: Hindistan və Mərkəzi Asiyadan gələn turistlərin sayında artım diqqət çəkir

Vaşinqton razılaşmalarından sonrakı bir il Azərbaycanın strateji cəhətdən haqlı olduğunu təsdiqlədi - İtaliya eksperti

Azərbaycanı U-19 Avropa çempionatında 13 boksçu təmsil edəcək

Azərbaycanın strateji valyuta ehtiyatları 12 faizdən çox artıb

Azərbaycan Almaniyaya qaz ixracını artıra bilər - ŞƏRH

Umur Tuğay Yücel: TRIPP Azərbaycanın və Türkiyənin Avrasiyada tranzit-logistika əhəmiyyətini artıracaq

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib -  ŞƏRH  VİDEO

Metyu Brayza: Azərbaycan-Ermənistan münasibətlərindəki vəziyyəti ən yaxşı Prezident İlham Əliyev özü ifadə edib - ŞƏRH VİDEO

Siyasi şərhçi: TRIPP Qafqazın geostrateji arxitekturasına təsir göstərə biləcək təşəbbüsdür

Əhalinin gəlirləri 10 faizədək artıb

Pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38,3 milyard manatlıq məhsul satılıb

Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb

“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi

BMU-da bakalavriat səviyyəsində elektron diplomların imzalanması başa çatdırılıb

BDU-nun Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır

Göyçayda virus aşkarlanan meyvə bağlarında mübarizə tədbirləri görülüb

“Soydaşlarımız və Qarabağ” layihəsi çərçivəsində hazırlanan kitab Marneulidə ictimaiyyətə təqdim edilib

Bakıda yağış yağacaq

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Şəfəq Mehrəliyeva: Azərbaycan dilinin qorunmasında media mühüm rol oynayır VİDEO

Əsas kapitala investisiya qoyuluşu 11 faizədək artıb

AZAL Naxçıvan istiqamətində artan mövsümi tələbatla bağlı sərnişinlərə müraciət edib

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib VİDEO

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır VİDEO

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib