Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
London, 20 iyul, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən Ukraynaya göndərilən silahların Rusiya daxilində istifadəsi ilə bağlı qoyulan məhdudiyyətləri aradan qaldırmağa kömək etməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Zelenski Londonda Nazirlər Kabinetinin iclasında deyib.
"Bizə bu addım lazımdır. Bu, Rusiyanı sülh axtarmağa məcbur edəcək",- deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, iyun ayında Ukraynaya Rusiya daxilindəki hədəfləri vurmaq üçün Qərb silahlarından istifadə etmək icazəsi verilib. Bununla belə, icazə uzaqmənzilli silahlara şamil edilmir. Bu o deməkdir ki, Ukrayna sərhədi yaxınlığındakı hədəfləri vurmaqla məhdudlaşır.
Zelenski görüş zamanı Ukrayna və Böyük Britaniya müdafiə şirkətlərinə gələcək hərbi imkanlara sərmayə qoymağa kömək etmək məqsədi daşıyan müdafiə ixracına dəstək müqaviləsi də imzalayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]