Zelenski: Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO sammitinə dəvət almayıb
Kiyev, 15 iyul, AZƏRTAC
Ukrayna müharibə vəziyyətində olduğu üçün NATO-nun sonuncu zirvə görüşünə dəvət almayıb. Eyni zamanda, dəstək məsələsi maksimum dərəcədə yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, ölkəsi NATO-ya üzvlüyü müharibə bitən kimi əldə edəcək. Zelenski qeyd edib ki, bunun üçün hərbi-siyasi birliyin bütün üzvlərinin konsolidasiya edilmiş qərarının olması zəruridir.
“Ona görə də mən hesab edirəm ki, NATO-nun bu sammitində Ukrayna bizim əldə edə biləcəyimiz maksimumu əldə edib”, - deyə Zelenski bildirib.
Xatırladaq ki, Alyansın iyulun 9-dan 11-dək Vaşinqtonda keçirilən sammiti zamanı Ukrayna NATO-ya dəvət almayıb. Eyni zamanda, müttəfiqlər yekun kommünikedə bəyan ediblər ki, ölkənin bloka gedən yolu dönməzdir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [23:47]
ABŞ-də B-52 strateji bombardmançı təyyarəsi qəzaya uğrayıb
- 15.06.2026 [23:25]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [21:24]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [20:47]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:39]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:07]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [19:37]