Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəmanəmizin böyük Azərbaycanlısı

Bakı, 10 dekabr (AZƏRTAC). Tarixdə elə nadir şəxsiyyətlər olur ki, onlar yalnız zamanın gərgin və təlatümlü məqamlarında meydana çıxır, bütöv bir ölkənin “olum, ya ölüm” dilemması qarşısında qaldığı anlarda ölçüyəgəlməz bir məsuliyyəti öz üzərinə götürməkdən çəkinmirlər. Onlar bu böyük missiyanı şərəflə yerinə yetirərək “Xilaskar” adını qazanırlar. Belə nadir insanlar dünya tarixində o qədər də çox deyil və Tanrının bəxş etdiyi xoşbəxtlikdir ki, onlardan biri XX əsrdə Azərbaycan xalqının tarixinə öz adını qızıl hərflərlə yazdırmış ulu öndər Heydər Əliyevdir.

1969-cu ilin 14 iyulunun Azərbaycanın yeni tarixində müstəsna özəlliyi vardır. Həmin gün ümummilli liderimiz Heydər Əliyev siyasi rəhbərliyə gəlmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Azərbaycanının tarixində böyük dönüş dövrü başlanmışdır. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoymuşdur. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı sovetlər birliyinin ən qabaqcıl respublikalarından birinə çevirmişdir. Azərbaycanın müasir tarixinin böyük bir dövrü ulu öndər Heydər Əliyev möhtəşəm quruculuq fəaliyyəti ilə sıx bağlıdır.

Zəngin idarəçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyev Azərbaycanı ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atdı. Bu böyük şəxsiyyət dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək respublikanın uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı və onların icrasına nail oldu. Nəticədə 1969-1982-ci illər Azərbaycan Respublikasının tarixinə ən parlaq quruculuq illəri kimi yazılmışdır. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş başladı. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə sənayenin inkişafı, elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxmışdır. Azərbaycan başdan-başa tikinti, abadlıq və mədəni quruculuq meydanına çevrilmişdi. 1969-1982-ci illərdə respublikanın ərazisində 213 iri sənaye müəssisəsi işə salınmışdır. Azərbaycanda istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunmağa başlamışdır. Bu illərdə istehsal olunan sənaye məhsulları öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər səviyyəyə çatmışdır.

1969-1982-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Həmin illərdə SSRİ-nin 170 qabaqcıl ali məktəblərinə minlərlə azərbaycanlı gənc göndərilmişdir. Hər il təhsil almaq üçün Azərbaycanın hüdudlarından kənara orta hesabla 800 tələbə yola salınırdı.

Bu illərdə hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilmişdir. Ümummilli lider Heydər Əliyev qətiyyətinin nəticəsində çətinliklə də olsa, Bakıda milli zabit kadrları hazırlayan məktəblər fəaliyyətə başlamışdır.

Artıq 1980-ci illərin sonlarına yaxın Azərbaycan bu sahədə keçmiş ittifaqın strateji respublikaları ilə rəqabət apara biləcək bir səviyyədə idi. Bu milli zabit kadrları müstəqillik dönəmində müasir Azərbaycan ordusunun əsasını təşkil etmişdir. Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün bu işlərə ulu öndər Heydər Əliyev şəxsən özü başçılıq edirdi. Ulu öndər hələ o zaman ötən əsrin 90-cı illərinin əvvəllərində qovuşduğumuz müstəqilliyimizi görür, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi yeni Azərbaycanı hələ o vaxtdan qurmağa başlamışdı. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, sovet imperiyasının dağıldığı dövrdə Azərbaycan öz inkişaf səviyyəsinə və çoxsahəli iqtisadiyyatına görə SSRİ-nin müttəfiq respublikaları içərisində özünü yaşatmağa qadir ikinci respublika kimi tanınırdı. Bu isə, əslində, müstəqilliyin siyasi və iqtisadi əsaslarını gündəmə gətirirdi.

Ulu öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir. Ümummilli lider 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, xalqımıza qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Ulu öndər 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur. Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar və Naxçıvan Ali Məclisinin binası üzərində üçrəngli bayrağımızı ucaltması suverenliyimizin qazanılması istiqamətində atılmış ilk addımlardandır.

1993-cü ilin may-iyununda ölkədə siyasi-iqtisadi böhranın son dərəcə kəskinləşməsi nəticəsində vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.

1993-2003-cü illərdə ulu öndərin dünyanın nadir şəxsiyyətlərindən, dövlət və ictimai xadimlərindən biri olduğunu növbəti dəfə sübuta yetirdi. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi sayəsində Azərbaycan keçid dövrünün mürəkkəb labirintlərindən uğurla çıxmışdır. 1996-cı ildən respublikamız yenidən dirçəliş mərhələsinə qədəm qoymuşdur. 1996-2003-cü illərdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artmışdır. Ölkədə 3 min yeni sənaye müəssisəsi yaradılaraq onların sayı 5202-yə çatdırılmışdır. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyulmuşdur. Həmin müddətdə ümumi daxili məhsul 22,3 dəfə artmışdır. Bütün sahələrdə islahatlar vüsət götürmüşdür. Respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlmişdir. Ümummilli liderin müdrik siyasəti sayəsində ölkədə tolerantlıq başlıca meyar olaraq qalmışdır. Ulu öndər strateji hədəfləri zərgər dəqiqliyi ilə müəyyənləşdirmək və onları kompleks şəkildə həyata keçirmək bacarığı ilə fərqlənirdi. Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlılığına nail olmaq məharəti, iqtisadi qüdrət, güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil, müasir ordu quruculuğu, kadr hazırlığı, xalqın güzəranının durmadan yaxşılaşdırılması, milli irsin, milli mənəvi dəyərlərin qorunması və təbliği ümummilli liderin başlıca strateji hədəfləri idi.

Məhz Heydər Əliyevin beynəlxalq səviyyədə siyasi və ictimai xadim kimi birmənalı şəkildə qəbul edilməsini şərtləndirən həlledici amillər onun Azərbaycana, ölkəmizin timsalında regiona, nəticə etibarilə dünyaya sülh, sabitlik, davamlı inkişaf və harmoniya gətirmək yolunda atdığı mühüm addımlardır.

Ümumilikdə, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixinin intensiv inkişaf mərhələsinə təkan vermişdir.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni neft strategiyasının müəllifi oldu, bütün çoxsaylı maneələrə və təzyiqlərə baxmayaraq, həmin proqram 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ilə reallaşmağa başlamışdır. Dahi şəxsiyyətin ərsəyə gətirdiyi bu layihə müstəqil dövlətimizin qüdrətli inkişafının rəhni oldu.

Ulu öndərimizin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdır. Ölkəmizdə çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olmuşdur. Ümummilli liderimizin “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır” kəlamı Konstitusiyanın birinci maddəsində təsbit edilmişdir.

Konstitusiyanın qəbulu nəticəsində qarşıya çıxan ən mühüm vəzifələrdən biri yeni hüquqi sistemin formalaşdırılması olmuşdur. Ölkəmizdə bu sistemin tələblərinə cavab verən zəruri qanunvericilik bazası yaradılmış, məhkəmə-hüquq islahatları həyata keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələr, mötəbər beynəlxalq təşkilatlar ilə əlaqələri gündən-günə möhkəmlənmişdir. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar ilə sıx əməkdaşlıq edir.

2003-cü ildən bəri ötən zaman kəsiyi də ümummilli liderin ideya və idarəçilik məktəbinin əbədiyaşarlığının növbəti sübutu olmuşdur. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev istər övlad, istərsə də bir lider, dövlət başçısı kimi Heydər Əliyev ideyalarını uğurla həyata keçirir.

Məhz ulu öndər Heydər Əliyev siyasi kursuna əsaslanan, yaradıcı şəkildə zamanın nəbzinə uyğun yeni keyfiyyətə köklənən, maksimum milli mənafeyə söykənən dövlət siyasəti hesabına dünyanın sükanından möhkəm-möhkəm yapışan, dünən bizlərə yarıkönül münasibət bəsləyən dövlətlər indi bütün varlıqları ilə Azərbaycana strateji dostluq andı içirlər.

Hazırda sözün böyük mənasında doğma Azərbaycanımız zəngin sərvətləri, əlverişli geostrateji mövqeyi, tükənməz mədəniyyəti və ənənəvi tolerantlığı ilə bütün planetin diqqət mərkəzindədir.

Artıq Azərbaycanın mükəmməlliyi ilə fərqlənən, peşəkarcasına balanslaşdırılan dövlət siyasəti, o cümlədən xoşməramlı energetika siyasəti örnək rolu oynayır.

Ulu öndərin adını daşıyan, beynəlxalq imicini durmadan artıran Heydər Əliyev Fondu da dahi şəxsiyyətin mənəviyyat bulağından qaynaqlanır. Milli mənafeyə bağlı xeyirxah missiyası ilə seçilən Heydər Əliyev Fondu artıq sərhədləri aşır, sorağı planetin sayılıb-seçilən dövlətlərindən, ən mötəbər beynəlxalq qurumların tribunalarından gəlir. Fondun reallaşdırdığı orijinal layihələr sayəsində muğamımız və bənzərsiz mədəniyyətimizə heyrətlərini gizlədə bilməyən beynəlxalq qurumlar Azərbaycanın milli incilərini dünya mədəni irs siyahısına salmaq məcburiyyətində qalırlar.

Heydər Əliyev Fondunun fəaliyyətinin ən dəyərli məqamlarından biri də Azərbaycanın nəinki dünənki, eləcə də bugünkü zənginliyini, xüsusilə intellektual potensialını qədərincə ortaya qoya bilməsi ilə bağlıdır. Bir sözlə, istər xalqımız, istərsə də ulu öndərin adını daşıyan Fond fəaliyyətində Heydər Əliyev ucalığını başlıca meyar götürür.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin qovuşuğundakı Azərbaycan öz milli mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur.

Müasir dövrdə nəinki Azərbaycanda, hətta bütün postsovet məkanında, eləcə də dünya miqyasında gedən prosesləri Heydər Əliyevin şəxsiyyətindən və fəaliyyətindən kənarda təsəvvür etmək mümkün deyildir.

Olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirən Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirmiş, müasir dünyanın ən aktual çağırışlarına cavab vermək bacarığı ilə XX və XXI əsrlərin tanınmış siyasi xadimləri sırasında həmişəlik öz layiqli yerini tutmuşdur. Xalqımızın yetirdiyi nadir dövlət xadimlərindən olan Heydər Əliyev bütün həyatı boyu hər zaman xalqını, Vətənini düşünmüşdür. Onun ürəyi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, doğma xalqının xoşbəxtliyi üçün çırpınmışdır.

Ulu öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.

Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Ulu öndər Heydər Əliyev, eyni zamanda, taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Azərbaycanın çağdaş dövrünün yeni intibah mərhələsinin banisi Heydər Əliyevin şəxsiyyəti tükənməz və öyrənildikcə öyrəniləsi bir ümmandır. Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdır. O dağın isə zirvəsi çox ucadır, ucadan da uca. Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin - Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, xalqımızın sabahına daim işıq saçacaqdır.

Albina Atlıxanova

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb