Zəngilan rayonunun Dərə Gilətağ kəndi
Bakı, 26 avqust, AZƏRTAC
Zəngilan rayonunun Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən gəlmiş ailələr salıblar.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 2-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Dərə Gilətağ kəndinin görüntülərini təqdim edir.