Zəngilan rayonunun Kolluqışlaq kəndi
Bakı, 30 noyabr, AZƏRTAC
Zəngilan rayonunun Kolluqışlaq kəndi dağətəyi ərazidə yerləşir.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Kolluqışlaq kəndi şanlı Vətən müharibəsində düşməni darmadağın edən qəhrəman Azərbaycan Ordusu tərəfindən 2020-ci il oktyabrın 22-də işğaldan azad olunub.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış kəndin görüntülərini təqdim edir.