Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəngin tarixə malik mülki aviasiyamızın keçmişi və bu günü

Bakı, 1 iyun (AZƏRTAC). İyunun 2-si Azərbaycanda Mülki Aviasiya Günüdür. Dövlət müstəqilliyini 22 il əvvəl bərpa edən respublikamızda aviasiyanın tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Ölkəmizdə ilk təyyarə uçuşları 1910-cu ildə Bakıda reallaşmışdır. Rus aviatoru Utoçkin “Farman” tipli aeroplanla Balaxanı “şossesində” 4 gün ardıcıl uçuş həyata keçirmişdir. Bu hadisədən sonra Azərbaycanda təyyarə uçuşlarının sayı sürətlə artmağa başlamış, Bakıda və Yevlaxda aerodromlar tikilərək istifadəyə verilmişdir.

Adları aviasiya tarixinə düşmüş ilk azərbaycanlı aviatorların fəaliyyəti isə 1915-1920-ci illərə təsadüf edir. Onlardan Fransada aviamühəndis təhsili alan, 1916-cı ildə Beynəlxalq Aviasiya Federasiyası tərəfindən pilot-aviator diplomuna layiq görülən Əli bəy Verdiyevin, ilk hərbi təyyarəçi - Birinci Dünya Müharibəsində qərb cəbhəsində rus aviasiyası tərkibində hərbi əməliyyatlarda iştirak edərək “İlya Muromets 16” tipli bombardmançı təyyarə ilə düşmənə qənim kəsilən Fərrux ağa Qayıbovun və digərlərinin adlarını qürurla çəkə bilərik.

Sonrakı illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə də aviasiyanın inkişafı ön planda olmuşdur. General Səməd bəy Mehmandarovun başçılıq etdiyi Hərbi Nazirlik aviasiya sahəsində milli kadrların hazırlanmasını mühüm vəzifələrdən biri hesab edirdi. 1919-cu ildə Gürcüstan ilə bağlanan hərbi əməkdaşlıq müqaviləsinə əsasən, bir qrup əsgər və zabitimiz təcrübə keçmək üçün bu ölkəyə ezam olunmuşdu. Onlardan 9-u hərbi təyyarəçi peşəsi üzrə ixtisaslaşmışdı. Vurğulamaq lazımdır ki, o zaman Rusiyanın “Cənub plasdarmı” sayılan Gürcüstan Zaqafqaziyada hərbi qurumların, o cümlədən aviasiya sahəsində təlim-təhsil mərkəzinə çevrilmişdi.

Görülən bu və digər tədbirlər sayəsində Azərbaycanın aviasiya tarixində uzaq məsafəyə ilk uçuş 1919-cu ildə həyata keçirilmişdi. Bakı aerodromundan səmaya qalxan “Farman-30” tipli təyyarə Xəzər dənizi üzərindən uçaraq, Türkmənistanın Krasnovodsk şəhərində uğurla yerə enmişdi. Ölkənin müdafiə qüdrətini artırmaq üçün aviasiyanı, xüsusən hərbi aviasiyanı inkişaf etdirməyi daim diqqətdə saxlayan Xalq Cümhuriyyətinin 1919-cu ildə orduda hərbi aviadəstənin yaradılması barədə imzaladığı qərar da həmin dövrün uğurlarındadır. Ancaq təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyətinin milli aviasiya siyasəti bir çox cəhətdən yarımçıq qaldı. Bunun əsas səbəbi 1920-ci ilin əvvəllərindən başlayan hərbi-siyasi münaqişələr, cümhuriyyətin süqutu ilə nəticələnən aprel hadisələri oldu...

Azərbaycan mülki aviasiyası 1920-ci ilin aprelindən sonra SSRİ aviasiyasının tərkib hissəsi kimi fəaliyyət göstərmişdir. Bu dövrdə Azərbaycan aviasiyası bir sıra məhdudiyyətlərlə qarşılaşsa da, müəyyən irəliləyişlərə də nail olmuş, nəticə etibarilə inkişaf etməyə başlamışdır. Belə ki, 1921-ci ildə Azərbaycanda ilk poçt-yük təyyarəsi havaya qalxmış, 1923-cü ildə “Yunkers” tipli təyyarə ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişin daşınması həyata keçirilmiş, 1928-ci ildə isə SSRİ məkanında ikinci beynəlxalq reys olan Xarkov-Bakı-Pəhləvi (İran) hava xətti açılmışdır. 1933-cü il iyunun 25-də ilk dəfə Qafqaz dağları üzərindən keçməklə Bakıdan Moskvaya uçuş həyata keçirilmişdir. 1937-ci ildə isə Bakı-Moskva-Bakı müntəzəm hava reysi açılmışdır. Həmin reyslə hər gün 15 sərnişin daşınırdı ki, bu da o vaxt üçün böyük nailiyyət sayılırdı.

Çox keçmədən - 1938-ci il iyunun 2-də Mülki Hava Donanması Baş İdarəsinin əmri ilə Mülki Hava Donanmasının Azərbaycan aviasiya dəstəsi yaradılmış və Bakı hava limanı müstəqil təsərrüfat vahidinə çevrilmişdir. Bu da uçuşların müntəzəmliyinin, təhlükəsizliyinin və qənaətcilliyinin artırılmasına imkan verirdi.

Aviasiyamızın sonrakı dövrü isə Böyük Vətən Müharibəsinin qanlı-qadalı illərinə təsadüf edir. İstər ön cəbhədə döyüşən, istərsə də arxa cəbhədə çalışan azərbaycanlıların cərgəsində hərbi təyyarəçilərimiz, aviatorlarımız, hərbi və mülki aviasiya sənayesində çalışan mütəxəssislərimiz də vardı. Amansız müharibə Azərbaycan aviasiya sənayesi müəssisələri qarşısında çətin və təxirəsalınmaz vəzifələr qoymuşdu. Əvvəla, müharibə illərində Azərbaycan Sovet İttifaqının əsas neft bazası hesab olunurdu. Cəbhəyə göndərilən neftin və neft məhsullarının dörddəüç hissəsi Bakıda istehsal edilirdi. Görkəmli kimyaçı alim Yusif Məmmədəliyevin kəşf etdiyi yüksək oktanlı aviasiya yanacağının 75 faizini Bakı zavodları verirdi. Bununla yanaşı, Azərbaycan döyüşən ordunun təkcə neft-benzin təminatçısı deyildi...

Müharibə illərində Bakının Keşlə qəsəbəsində iki aviazavod fəaliyyət göstərirdi ki, fasiləsiz işləyən bu müəssisələrdə “UTİ-4” və “YAK-3” tipli təyyarələr, habelə hidrotəyyarələr üçün xizəklər istehsal olunurdu. Düşmənin başına od ələyən əfsanəvi “Katyuşa”nın raket-mərmiləri də Bakıda hazırlanırdı. Bu zaman Gəncədə iritutumlu aviatəmir zavodu fəaliyyət göstərirdi. Müharibə illərində bu müəssisədə müxtəlif tipli 782 təyyarə, habelə 1550-dən çox təyyarə mühərriki və digər aviahissələr təmir edilərək, cəbhəyə göndərilmişdi.

SSRİ-nin əsas cəbbəxanalarından olan Bakının müdafiəsi də etibarlı əllərdə idi. Şəhərin havadan müdafiəsi xüsusi təlim keçmiş qırıcı aviadəstələrin hesabına gücləndirilmişdi. Bu dəstələrdə azərbaycanlı təyyarəçilər, hətta cəsur qızlarımız da yer almışdılar. Müharibə tarixinin yaddaqalan hadisələrindən olan belə bir faktı xatırlatmaq yerinə düşər ki, Bakı üzərində ilk faşist təyyarəsi 1942-ci il avqustun 14-də vurulmuşdu…

Müharibə alovunun bürüdüyü müxtəlif cəbhələrdə faşistlərə qarşı igidliklə vuruşan azərbaycanlılar arasında təyyarəçilər də az deyildi. Onlar kəşfiyyat, bombardmançı, qırıcı və hərbi nəqliyyat uçuşlarını yerinə yetirməklə yanaşı, fövqəladə dövlət tapşırıqlarının həyata keçirilməsində fəal iştirak edirdilər. Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş ilk azərbaycanlı hərbi təyyarəçi Adil Hüseyn oğlu Quliyev də onlardan biridir. Bakı aeroklubunun və Stalinqrad Hərbi-Hava məktəbinin məzunu olan A.Quliyev müharibənin 7 cəbhəsində 265 döyüş uçuşu keçirmiş, 64 döyüşdə düşmənin 18 təyyarəsini vurmuşdur.

Böyük Vətən Müharibəsindən sonra bütün ölkədə, o cümlədən respublikamızda hava nəqliyyatının dirçəliş dövrü başlandı. Ümumiyyətlə, ötən əsrin 60-cı illərində Azərbaycan mülki aviasiyasında sürətli texniki keçidlə bağlı problemlər kifayət qədər müsbət həll olunurdu...

Aviasiyamızın qazandığı ən böyük uğurlar isə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərə təsadüf edir. Ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmiş və ya yenidən qurulmuşdur. Naxçıvanda, Beyləqanda, Zaqatalada “Yak-40” reaktiv təyyarələri üçün süni örtüklü qalxma-enmə zolaqları salınmış, Bakı və Gəncə hava limanları müasir naviqasiya vasitələri ilə təchiz edilmişdir. Bu da uçuşların təhlükəsizliyinin və müntəzəmliyinin artırılmasına şərait yaradırdı. Məhz həmin illərdə respublikanın hava traslarına yeni “Tu-134”, “Yak-40” reaktiv laynerləri çıxmışdı. 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın yüksək inkişaf tempini nəzərdə tutan proqram hazırlanmışdı.

Bununla belə, ümummilli lider Heydər Əliyevin milli aviasiyamız haqqında arzuları yalnız müstəqillik dövründə tam mənada reallaşdı...

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tariximizin faciəli dövrü olduğundan bu müharibədə milli aviasiyamızın rolunu qeyd etməmək düzgün olmazdı. Qarabağ müharibəsi bir çox cəhətdən gözlənilməz idi. Azərbaycan, demək olar ki, bu müharibəyə hazır deyildi. Üstəlik Sovet İttifaqı dağıldıqdan sonra hərbi əmlakın və texnikanın əksər hissəsi ölkədən çıxarılmış, Azərbaycanda yerləşən silahlı qüvvələr isə birbaşa Rusiyanın tabeliyinə keçmişdi. Müstəqilliyini təzəcə bərpa etmiş Azərbaycanda siyasi çəkişmələr tüğyan etdiyindən ordu quruculuğu ilə ciddi məşğul olan yox idi. Xüsusən hava hücumunu və hava hücumundan müdafiəni təşkil etmək üçün nə kifayət qədər vəsait, nə də kadrlar vardı. Bunun müqabilində isə Rusiya komandanlığı erməni separatçılarını lazımı silahlarla, o cümlədən havadan müdafiə sistemləri ilə gen-bol təmin edirdi.

Vətən darda olanda onun xilası üçün çarpışanlar, hətta canından keçməyə hazır olanlar ayağa qalxır, səfərbər olur. Qarabağ müharibəsində də belələri tapıldı, onlar arasında təyyarəçilərimiz də vardı. Vaqif Qurbanov, Yavər Əliyev, Fazil Bayramov, Sergey Senyuşkin, Bayram Muxtarov, Əsəd Əsədov, Zakir Məcidov və başqaları qeyri-bərabər döyüşdə düşmənə layiqli müqavimət göstərərək, təkcə aviatorların deyil, bütün xalqımızın yaddaş tarixinə düşmüşlər...

Erməni təcavüzkarlarının ölkəmizi ədalətsiz müharibəyə sürükləməsinə, habelə daxildə baş verən hakimiyyət davasının yaratdığı çətinliklərə baxmayaraq, milli aviasiya tədricən inkişaf yoluna çıxırdı. 1993-cü ildə dünya şöhrətli siyasətçi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən milli aviasiya sahəsində kəskin dönüşə, daha doğrusu, misli görünməmiş sıçrayışa yol açdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində görülən tədbirlər, xarici aviaşirkətlərlə bağlanan müqavilələr Azərbaycanın bir sıra taleyüklü məsələlərini həll etdi. Aviasiya xətlərinin miqyasının sürətlə artması Azərbaycanın dünyaya çıxışını asanlaşdırdı. Xüsusən düşmən blokadasında qalıb, yalnız hava əlaqəsinə ümid bağlayan Naxçıvan Muxtar Respublikası böyük təhlükədən xilas oldu... Ulu Öndərin rəhbərliyi ilə “1998-2003-cü illər üçün Respublika Mülki Aviasiyasının İnkişaf proqramı” hazırlanıb, uğurla həyata keçirildi. Bu proqram çərçivəsində əldə olunan nailiyyətlərin ən bariz nümunəsi Bakı hava limanında dünya standartlarına tam cavab verən yeni aerovağzal kompleksinin tikintisi oldu. 1999-cu il oktyabrın 2-də Heydər Əliyevin iştirakı ilə yeni aerovağzal kompleksinin təntənəli açılış mərasimi keçirildi. Bir il sonra isə Bakı hava limanına ilk “Boeinq” təyyarəsi endi. 2004-cü ildə bu hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adı ilə aviasiya tariximizə düşdü…

Ulu Öndərin siyasi xəttini müasir dövrün tələbləri ilə uğurla uzlaşdıran Prezident İlham Əliyev də aviasiya sahəsinə böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısının 2006-cı ildə imzaladığı Sərəncama əsasən, hər il iyunun 2-si mülki aviasiya işçilərinin peşə bayramı kimi qeyd olunur. Bu da Prezident İlham Əliyevin aviasiyamıza verdiyi önəmin təzahürüdür.

Əminliklə demək olar ki, Azərbaycanın mülki aviasiyası Ulu Öndər tərəfindən yaradılan möhkəm bünövrə üzərində qərar tutaraq, 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Belə ki, 2004-cü ildə müasir standartlara uyğun Naxçıvan Beynəlxalq Hava Limanı, 2006-2011-ci illərdə bir-birinin ardınca Gəncə, Zaqatala, Lənkəran və Qəbələdə aeroportlar istifadəyə verilmişdir. Sərnişin və yük daşımalarının daha müasir səviyyəyə çatdırılması üçün təyyarə və helikopter parkı yenilənmişdir.

Milli aviadaşıyıcımız olan “Azərbaycan Hava Yolları - AZAL”nın təyyarə parkında bu gün yetərincə “Airbus A-320”, “Boeing-757-200”, “Airbus A-319”, “Airbus A-340-500” və “Boeing-767-300ER” kimi ən müasir avialaynerlər vardır. Bundan başqa, “Azərbaycan Hava Yolları” Braziliya istehsalı olan 6 “Embraer” tipli təyyarə də sifariş etmişdir. Həmçinin, AZAL ilk dəfə olaraq aviaparkına 2014-cü ildə “Boeing-787 Dreamliner” tipli müasir təyyarə də əlavə edəcəkdir. Beləliklə də, 2014-cü ildən başlayaraq bu tipli təyyarələrlə uzaq Amerika qitəsinə, Cənub-Şərqi Asiya və Avropanın bir sıra ölkələrinə yüksək komfortlu və təhlükəsiz uçuşlar həyata keçirilmək mümkün olacaqdır. Qeyd etmək yerinə düşər ki, bu gün təkcə Bakıdan deyil, həm də Gəncə, Lənkəran, Qəbələ və Naxçıvan hava limanlarından da müxtəlif istiqamətlərə beynəlxalq uçuşlar həyata keçirilir.

“Azərbaycan Hava Yolları”nın təyyarələri hazırda dünyanın 32 şəhərinə uçur. Nəhəng aviaşirkətə çevrilmiş AZAL həm regionda, həm də MDB məkanında yeni avialaynerlərin sayına görə liderlərdən biridir. Heydər Əliyev Beynəlxalq Aeroportunda müasir aerovağzal kompleksinin tikintisi sürətlə davam edir. Bu kompleksdə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki yeniliklər tətbiq ediləcəkdir. Bununla da ölkənin əsas hava limanının strateji əhəmiyyəti daha da artacaqdır.

Sonda bir daha qeyd etmək yerinə düşər ki, Şərqlə-Qərbin qovuşuğunda yerləşən respublikamızda hava nəqliyyatının xüsusi önəmi vardır. Dünya hava nəqliyyatına uğurla inteqrasiya edən müasir müstəqil Azərbaycanın aviasiyası inkişafının yeni dövrünü yaşamaqdadır.

Aviasiyamızın tarixinə bu qısa ekskurs göstərir ki, zəngin keçmişə malik Azərbaycan aviasiyası bu gün etibarlı əllərdədir.

Ceyhun Rüstəmov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb