ZƏRBXANA İŞÇİSİ YARIM TON METAL PUL OĞURLAMIŞDIR
Uilyam hər gün konveyerdən ikidollarlıq metal pullar götürüb cibinə qoyur, iş günü başa çatanda tualetə girib onları çəkmələrinin içində gizlədirmiş. O, birdəfəyə hər çəkməsində 150 metal pul çıxarır, sonradan kağız pullara dəyişirmiş. Lakin bunu müxtəlif yerlərdə, əsasən, başqa şəhərdə edirmiş. Buna baxmayaraq, oğrunun növbəti dəfə pul dəyişdirdiyi mağazanın satıcıları bu barədə polisə məlumat vermişlər. Fırıldaqçının üstündə 4598 dollar tapılmışdır. Onun anasının evindəki qarajda axtarış aparan polis burada 126 min Avstraliya dollarından ibarət metal pul anbarı aşkara çıxarmışdır. Uilyanın daha çox pul oğurladığı, lakin xərclədiyi ehtimal edilir. O, məhkəmədə bildirmişdir ki, pul oğurluğuna rəhbərliklə münaqişədən sonra başlamışdır. Tezliklə başa düşmüşdür ki, bu, çox asan qazanc mənbəyidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [16:43]
Pakistan “Fətah-2” raketinin sınağını keçirib
- 13.10.2026 [16:25]
Media: İzmir körfəzində sualtı nəqliyyat tuneli tikiləcək
- 13.10.2026 [16:02]
Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb
- 13.10.2026 [16:01]