Zərdab -Kürdəmir avtomobil yolunda qeydə alınan yol qəzası ölümlə nəticələnib
Zərdab, 8 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
Zərdab -Kürdəmir avtomobil yolunda qeydə alınan yol qəzası ölümlə nəticələnib.
AZƏRTAC xəbər verir ki, hadisə günorta saatlarında avtomobil yolunun Zərdabın Qaravəlli kənd ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri – Eyyub Teyubov xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.