ZƏRİFƏ-PARKIN XÜSUSİ GÖZƏLLİK VERDİYİ İRPEN ŞƏHƏRİ YARIM ƏSRLİK YUBİLEYİNİ QEYD EDİR
Xatırladaq ki, Ukraynanın milli azlıqları arasında birinci olaraq Azərbaycan diasporu bu şəhərdə böyük şair və mütəfəkkir Taras Şevçenkonun abidəsini ucaltmışdır. Azərbaycan səfirliyi isə İrpenin mərkəzi küçələrindən birinə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını vermək və onun adını daşıyacaq park yaratmaq təşəbbüsünü irəli sürmüşdü. İndi park da, küçə də irpenlilərin bayram şənliklərinin keçirildiyi yerlərə çevrilmişdir.
Yubiley mərasimi İrpen merinin təşkil etdiyi qəbulla başlandı. Azərbaycan səfirliyinin müşaviri Səbuhi Temirov mer Miroslav Svistoviçi səmimiyyətlə təbrik etdi. Sonra Azərbaycan nümayəndə heyəti həlak olmuş döyüşçülərin memorialı, Taras Şevçenkonun və Zərifə Əliyevanın abidələri önünə gül səbətləri qoydu.
Daha sonra yubileylə bağlı sərgilər, konsertlər, kütləvi idman yarışları və digər tədbirlər oldu.
Yubiley şənliklərində Azərbaycan diplomatları, diasporumuzun nümayəndələri də iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]