“Zirə” klubu nigeriyalı müdafiəçi ilə heyətini gücləndirib
Bakı, 21 yanvar, AZƏRTAC
Təlim-məşq toplanışını Antalyada keçirən “Zirə” transfer çalışmalarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, yanvarın 21-də bakılıların sırasına daha bir futbolçu qoşulub. Belə ki, komanda nigeriyalı müdafiəçi Akim Latifu ilə güclənib. Futbolçu ilə 1,5 illik müqaviləyə imza atılıb. Latifu bu gün “Zirə”də ilk məşqinə çıxacaq.
Karyerasına vətənində başlayan Akim bundan sonra Norveç, Ukrayna və Türkiyədə çıxış edib. Müdafiəçi, həmçinin Nigeriya yığmasının da formasını geyinib. Yığmada 6 matçda iştirak edən 27 yaşlı sağ cinah müdafiəçisinin son klubu “Alanyaspor” olub.
Qeyd edək ki, bu, “Zirə”nin qış fasiləsində ikinci transferi olub. Komanda buna qədər “Qəbələ”dən müdafiəçi Sadiq Quliyevi heyətinə cəlb etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]