“Zirə” klubunun məşqçisi bir oyunluq cəzalandırılıb
Bakı, 13 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 13-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi”-“Zirə” matçında “Neftçi”nin 4, “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. “Zirə” klubunun məşqçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə, 1 oyun cəzalanıb və klub 800 manat cərimələnib.
“Keşlə” ilə matçda “Sumqayıt”ın futbolçusu Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq bir oyun cəzalanıb. Sumqayıt təmsilçisi 200 manat cərimə olunub.
“Qəbələ”-“Qarabağ” matçında qonaq komandanın azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub. “Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Qəbələ”nin təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]