ZOBUCUQ QƏSƏBƏSİNDƏ ORTA MƏKTƏB BİNASININ AÇILIŞI
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Fondunun vəsaiti hesabına Füzuli rayonunda məcburi köçkünlər üçün salınmış Zobucuq qəsəbəsində olmuşdur.
Burada dövlətimizin başçısını hərarətlə qarşıladılar. Dövlətqaçqınkomun sədri Əli Həsənov yeni qəsəbə barədə Prezidentə məlumat verərək bildirdi ki, burada yaşayış üçün bütün infrastruktur yaradılmışdır.
Prezident İlham Əliyev həmin ərazinin tikintidən əvvəlki, inşaat işlərinin gedişini və hazırkı vəziyyətini əks etdirən fotostendə baxdı, burada BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin başçısı Vilyam Tol ilə ayaqüstü görüşdü.
Zobucuq adlanan ərazidə beş qəsəbə salınmışdır. Hər qəsəbədə 200 ev vardır. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik burada 2,25 min hektar sahəni minalardan tamamilə təmizləmişdir.
Sonra qəsəbədəki 27 nömrəli orta məktəbə gələn Prezident İlham Əliyevi muğam üçlüyünün ifasında Bəhram Nəsibovun “Qarabağ” mahnısı ilə qarşıladılar.
İkimərtəbəli məktəb binasında 15 sinif otağı vardır. Burada “Qalaqayın” qəsəbəsindən köçürülmüş ailələrdən olan 360 şagird təhsil alır. Məktəbdə “Qan yaddaşı”, “Milli Qəhrəmanlar”, habelə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya həsr olunmuş xüsusi guşələr vardır.
Dövlətimizin başçısı idman salonunda gənc idmançıların nümunəvi çıxışlarını izlədi, kompyuter otağı ilə tanış oldu, tikinti zamanı aşkar edilmiş və 5 min il yaşı olan tapıntılara baxdı, məktəbin eyvanından qəsəbəni seyr etdi.
Sonra Prezident İlham Əliyev məktəbin açılışına toplaşmış rayon ictimaiyyətinin nümayəndələri qarşısında nitq söylədi.
X X X
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov çıxış etdi.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |




